Icma.az
close
up
RU
Azərbaycan qadını bütün tarixi mərhələlərdə kişilərlə birgə Azərbaycanın müdafiəsində iştirak edib

Azərbaycan qadını bütün tarixi mərhələlərdə kişilərlə birgə Azərbaycanın müdafiəsində iştirak edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail qadın əsgərlərin döyüş piyadası kimi xidmətə hazırlanması layihəsini dayandırıb. Bu qərar yarım il davam edən analizdən sonra qəbul edilib. Bildirilib ki, yüksək peşəkar hazırlıq səviyyəsinə baxmayaraq, qadınlar fiziki standartlar baxımından kişilərlə müqayisədə tələblərə cavab vermir. Təlimlər zamanı qadınların bir çoxunda məşqlərin yüksək intensivliyi səbəbilə sağlamlıq problemləri yaranıb.Azərbaycanda qadınların hərbi xidmətdə olması nə vaxtsa gündəmə gətirilibmi və ya bunun tətbiqi mümkündürmü?

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən qadın hüquqları tədbirlərini bu gün də onun davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev həyata keçirməkdə davam edir: “Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan qadını bütün sahələrdə çalışır, xidmət edir və Azərbaycan Respublikasının inkişafında Azərbaycan qadını özünəməxsus şərəfli yer tutur. Əlbəttə, digər sahələr kimi, istər mədəni, istər iqtisadi, istər də ki, digər inkişaf sahələrdə olduğu kimi Azərbaycan qadınının hərbi xidmətdə də, hərbidə də özünəməxsus rolu var”.

Şair Ramaldanov

Hərbi ekspert qeyd edib ki, Azərbaycan qadını Azərbaycanın bütün tarixi mərhələlərində kişilərlə çiyin-çiyinə duraraq Azərbaycanın inkişafında, qorunmasında, müdafiəsində bilavasitə iştirak edib.

“Bu gün hərbi xidmətdə olmayan Azərbaycan qadını hərbçi yetişdirir, hərbi xidmətdə bizim uğurlarımıza, Vətən müharibəsində qələbəmizə bilavasitə rol oyayır və bu rol danılmazdır. İstər Birinci Qarabağ savaşında, istər də sonra Azərbaycan ordusunun formalaşmasında, istər də son zamanlar Vətən müharibəsində iştirakında və bu gün də Azərbaycan hərbçi qadın daima kişilərlə bərabər müvafiq vəzifə və yerlərdə qarşıda qoyulan tapşırıqları böyük məsuliyyətlə yerinə yetirir”-deyən hərbi ekspert bildirib ki, Azərbaycan qadın hərbi qulluqçuları üçün bu gün Azərbaycan ordusunda xidməti şəraiti çox qayğılı şəkildə yaradılıb.

“Bu gün elə bir hərbi hissə, birləşmə və yaxud qoşun növü yoxdur ki, orada qadın hərbi qulluqçusu olmasın. Bu gün Azərbaycan ordusunda gizir və zabit vəzifələrində 320 nəfərdən yuxarı qadın qulluqçusu xidmət edir. Müddətdən artıq xidmətdə sıravi vəzifələr üzrə 1670 nəfərdən yuxarı qadın hərbi qulluqçusu xidmət edir. Qadın hərbi qulluqçular daha çox tibbi sahədə,rabitə, yemək bişirmək və s. təminat məsələlərində xidmət edirlər.

Bu gün rəqəmsal texnologiyanın inkişafı dövründə biz qadın hərbi qulluqçuların, məhz kompyuter arxasında operator kimi öz vəzifələrini yerinə yetirməsinə şahid ola bilərik. Bu gün hərbi qulluq üzrə rəhbər vəzifələrində 11 qadın hərbi qulluqçusu xidmət edir”-deyən ekspert hesab edir ki, Azərbaycan ordusunda qadın hərbi qulluqçu daim diqqət mərkəzindədir.

“İstər komandir heyəti, yəni komandirləri tərəfindən, istər də xidmət edən digər hərbi qulluqçuları tərəfindən onlara olan qayğı və bacı- qardaş münasibətləri var. Bu gün Azərbaycan qadınlarının xidmətə üz tutması ilə bağlı müraciətlərin sayı getdikcə artır. Hərbi qadın qulluqçusunun hərbi xidmətə qəbul məsələləri və şərtləri Azərbaycanın müvafiq qanunvericilik sənədlərində öz əksini tapıb. Hazırda da hərbi qadın qulluqçuların Azərbaycan ordusunda xidmət etməsi üçün böyük həvəslə müraciət etməsini görə bilərik”-deyə Şair Ramaldanov bildirib.

Hərbi ekspert qeyd edib ki, hərbi qadın qulluqçular arasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, "Milli qəhrəman" adına layiq olan və orden, medallarla təltif olunan qadınlar var: “Azərbaycan qadını bu gün bütün sahələrdə olduğu kimi hərbi xidmətdə də fədakarlıqla xidmət edərək, Azərbaycanımızın gələcəkdə inkişafına çiçəklənməsində və müdafiəsində bilavasitə özünəməxsus rol oynayır”-deyə Şair Ramaldanov bidirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri