Icma.az
close
up
RU
Azərbaycan qadınları mübarizliyi və dövlətçiliyə sədaqəti ilə fərqlənirlər Deputat

Azərbaycan qadınları mübarizliyi və dövlətçiliyə sədaqəti ilə fərqlənirlər Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Tarixi ənənələr, mədəniyyət və sosial struktur baxımından qadınlar hər zaman ailənin və cəmiyyətin inkişafında fəal rol oynamışlar. Onlar ailə dəyərlərinin qorunmasında mühüm vəzifələr daşıyırlar. Eyni zamanda, qadınların həyatın müxtəlif sahələrində göstərdikləri mübarizə və zəhmət onların gücünü və əzmini nümayiş etdirir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputatın sözlərinə görə, bu xüsusiyyətlər Azərbaycan qadınlarının cəmiyyətdə mövqeyini möhkəmləndirərək gələcək nəsillərə örnək olub. 

"XX əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçki hüququ əldə etdilər. 1918-ci ildə qadınlara seçib-seçilmək hüququnun verilməsi onların cəmiyyətin idarə olunmasında daha fəal iştirakına imkan yaratdı.  Ulu Öndər Heydər Əliyev müstəqillik illərində qadın hüquqlarının müdafiəsi üçün bir çox hüquqi-normativ aktlar təsdiqləyib, çoxsaylı fərman və sərəncamlar imzalayıb.  

Azərbaycan bir sıra beynəlxalq təşkilatların qadın hüquqları ilə bağlı konvensiyalarına qoşulub, bu faktorlar ölkədə qadınların sosial-iqtisadi və siyasi sahələrdə irəliləməsi üçün əlverişli zəmin yaradıb. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Ulu Öndərin müvafiq Fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və digər mühüm addımlar gender siyasətinin effektivliyini təmin edib.

Ulu Öndərin müəyyən etdiyi uğurlu gender siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminatı ilə bağlı böyük uğurlar əldə olunub. Dövlət başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gender siyasətinin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyət xüsusilə vurğulanmalıdır. Birinci xanım hər zaman qadınların yüksək intellektual potensialını nümayiş etdirir və onların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakını təşviq edir. 

Qadınlarımız daim milli-mənəvi dəyərlərə sadiq qalaraq ölkəmizin sosial-iqtisadi həyatında, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynayırlar. Xanımlar, həmçinin dövlət idarəçiliyi, hüquq və qanunvericilik sistemində uğurla təmsil olunur, müdafiə və ordu sahəsində mühüm xidmətlər göstərirlər. Azərbaycan Ordusunda yüzlərlə qadın cəsarətlə xidmət edərək Vətən qarşısında vəzifələrini şərəflə yerinə yetirirlər.

Təqdirəlayiq haldır ki, Azərbaycan qadınları mübarizliyi, zəngin mənəvi-intellektual potensialı və dövlətçiliyə sədaqəti ilə fərqlənir, ölkənin inkişafına mühüm töhfə verirlər. Xanımların mənəvi gücü və əldə etdikləri böyük nailiyyətlər yeni nəsillərə ilham verərək, onlara motivasiya və ruhlanıdırıcı bir qaynaq olur". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri