Icma.az
close
up
RU
Azərbaycan qazı Avropa üçün alternativ mənbə, gələcək əməkdaşlığın zəmanətidir

Azərbaycan qazı Avropa üçün alternativ mənbə, gələcək əməkdaşlığın zəmanətidir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Ötən gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasının və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclasının keçirilməsi heç şübhəsiz ki, Azərbaycanın enerji siyasətinin ardıcıllığını, eləcə də ölkəmizin regional və qlobal enerji bazarlarında önəmli rol oynadığını nümayiş etdirir. Bu cür qlobal toplantılara ev sahibliyi etməyimiz ilk növbədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək səylərimizə xidmət edir. Cənub Qaz Dəhlizi layihəsi isə bu səylərimizin mərkəzində dayanır. Bu layihə Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri sayılır.
Prezident İlham Əliyevin sözügedən toplantının açılış nitqində vurğuladığı kimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir Bakıda toplaşır. Budəfəki toplantıda Avropa İttifaqının (Aİ) enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen və Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo da iştirak edirdi. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır. O da qeyd olunmalıdır ki, zaman keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı da ildən-ilə artır və onlar ortaq məqsədlər ətrafında birləşir.
Dövlətimizin başçısı öz çıxışında həmin ortaq məqsədləri də açıqladı. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları isə bu əməkdaşlığın genişləndirilməsi üçün ən əlverişli platformadır. İkinci məqsəd isə bu prosesin iştirakçısı olan ölkələrin özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkləridir. Prezident İlham Əliyev hər iki məqsədin uğurla gerçəkləşdirildiyini vurğulayaraq qeyd etdi ki, bu gün istehsalçılar, tranzit ölkələr və istehlakçılar yüksək tərəfdaşlıq və əməkdaşlıq əzmi nümayiş etdirirlər: "Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir".
Prezidentin çıxışında başqa bir önəmli məqam isə bu gün enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin təmin edilməsində mühüm rolunun vurğulanmasıdır. Belə ki, dövlətimizin başçısı qeyd etdi ki, bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir: "Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır".
Göründüyü kimi istehsalçı və ixracatçı ölkə kimi bu gün dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu gün-gündən artır. Azərbaycan uzun illər ərzində bir sıra ölkələr üçün və o cümlədən, Avropa İttifaqı (Aİ) üçün etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri də öz çıxışlarında qeyd etdilər. Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirdi ki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının (Aİ) qaz təchizatının şaxələndirilməsində və Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynayır. Aİ-nin Bakı ilə hazırkı əməkdaşlığını yüksək qiymətləndirən və bunu qarşılıqlı faydalı hesab edən D.Yorgensen qeyd etdi ki, “biz bu tərəfdaşlığın potensialına əminik və onu gələcəkdə də davam etdirmək niyyətindəyik, həmçinin onun genişləndirilməsi imkanlarını araşdırırıq”.
Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo isə öz çıxışında hazırda Avropa İttifaqının qaz bazarında sabitliyin təmin edilməsində Azərbaycanın da töhfəsini xüsusi olaraq vurğuladı: "Avropa İttifaqının (Aİ) qaz bazarının fundamental əsasları Azərbaycandan da daxil olmaqla davamlı idxal sayəsində sabit qalır. Aİ-də enerji təhlükəsizliyi bu gün əvvəlki qış dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə dayanıqlı vəziyyətdədir. Vəziyyət etibarlı təchizat, xüsusilə strateji tərəfdaşlıqlar çərçivəsində sabitdir. Bu kontekstdə Azərbaycanın töhfəsini, eləcə də qazın anbarlara vurulması üzrə müsbət dinamikanı və tələbatın azaldılması ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm".
K.Lobilyo, həmçinin Cənub Qaz Dəhlizinin də keçid dövründə önəmli rola malik olduğunu vurğuladı. O bildirdi ki, "təbii qaz növbəti iki onillikdə sabitliyin və iqtisadi inkişafın əsas elementi olaraq qalır. Cənub Qaz Dəhlizi bu prosesdə strateji yer tutur və biz bu marşrut üzrə təchizat həcmlərinin daha da artacağını gözləyirik". Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər Görüşünün enerji müzakirələri üçün mühüm platforma olduğunu qeyd edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə bildirib ki, Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu yüksək qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir.
Beləliklə, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığın Avropanın qaz təchizatının şaxələndirilməsində və Rusiya qazından asılılığının azaldılmasında mühüm rol oynadığı göz qabağındadır. Azərbaycan Pan-Avropa qaz təchizatçısına çevrilib. Prezident İlham Əliyev çıxışında qaz təchizatımızın coğrafiyasının getdikcə genişləndiyini bəyan etdi: "Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək".
Beləliklə, biz öz təchizatçı rolumuzu qüsursuz şəkildə yerinə yetirməyi və həm Cənubi Qafqaz regionunun, həm də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verməyi davam etdiririk. Ancaq bununla belə, biz həm də əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac davamlı olacaq. Bunu Cənab Prezident də çıxışında xüsusi olaraq vurğuladı: "Biz əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaqdır. Yəni, biz əmin olmalıyıq ki, bir neçə il üçün bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkəyə sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yerlərdən yeni hasilatın başlamasını gözləyirik”. Azərbaycanın potensial qaz alıcılarından etibarlı zəmanət istəməsi çox normaldır. Bu gün dünyada hökm sürən geosiyasi gərginliklər və iqtisadi qeyri-sabitlik fonunda maksimum dərəcədə diqqətli olmaq və gələcəkdə baş verə biləcək dəyişiklikləri öncədən hesablamaq vacibdir.
Ənənəvi neft-qaz ixracı ilə yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də davamlı addımlar ataraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində təşəbbüslərini davam etdirir. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı bu gün Azərbaycanın enerji strategiyasında mühüm yer tutur. Bunu enerji siyasətimizdə yeni mərhələnin başlanğıcı da adlandıra bilərik. Bu gün Azərbaycan qazı Avropa üçün alternativ mənbə, Cənub Qaz Dəhlizi isə yeni enerji damarıdırsa, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində əldə edəcəyimiz elektrik enerjisinin ixracı isə gələcək əməkdaşlığın zəmanətidir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa xüsusi yanaşmalıdır. Brüssel Bakı ilə əməkdaşlığı Fransa kimi qərəzli ölkələrin konyuktur maraqlarına qurban verməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see152

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see125

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see124

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri