Icma.az
close
up
RU
Azərbaycan qazının Avropaya ixracının 14 milyard kubmetrə çatdırılması üzərində iş gedir

Azərbaycan qazının Avropaya ixracının 14 milyard kubmetrə çatdırılması üzərində iş gedir

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Cənub Qaz Dəhlizinin (SGC) operatorları birgə səylərlə Azərbaycan qazının Avropaya illik tədarük həcmini təxminən 12 milyard kubmetrə çatdırıblar, hazırda tədarük həcminin 2026-cı ildən etibarən 14 milyard kubmetrə çatdırılması üzərində iş aparılır.

"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.

O qeyd edib ki, "Şahdəniz" Azərbaycanın Avropa və regional bazarlara sadiqliyini dəstəkləyərək təhlükəsiz və səmərəli qaz hasilatını təmin etməyə davam edir: "Ötən il yataqdan təxminən 28 milyard kubmetr qaz hasil edilib ki, bu da plan göstəricilərini üstələyib. Bu gün "Şahdəniz" BP-nin ən böyük qaz hasilatı müəssisəsidir. Onun gücü gündəlik təxminən 79 milyon standart kubmetr qaz hasil və emal etməyə imkan verir".

M.Kirkhem əlavə edib ki, 2024-cü ildə SGC vasitəsilə Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edilib.

"Hazırda TAP qaz kəmərinin genişləndirilməsi üzrə işlər davam edir. Biz 2026-cı ildən etibarən Avropaya ümumi ixrac gücünü təxminən 14 milyard kubmetrə çatdırmağa çalışırıq. Biz həmçinin "Şahdəniz" yatağının təhlükəsizliyinin, əməliyyat səmərəliliyinin və dayanıqlılığının artırılması üzərində işləyirik", - o bildirib.

Vitse-prezident əlavə edib ki, ötən ilin oktyabr ayına olan vəziyyətə görə, "Şahdəniz"də beş sualtı cinahın hamısı istismara verilib: "Növbəti illərdə biz daha altı hasilat quyusunu istismara verməyi planlaşdırırıq. Bütün bunlar bizə bazarlar qarşısında öhdəliklərimizi bundan sonra da yerinə yetirməyə imkan verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri