Azərbaycan Qırğız İnvestisiya Fondu kiçik SES və tikiş fabrikinin tikintisi layihələrini maliyyələşdirəcək
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək iki layihəni - kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.
Bu barədə “Report” Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Nazirlik qeyd edib ki, SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.
Digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən dördüncü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.

Azərbaycan Qırğız İnkişaf Fondunun yeni investisiya siyasəti təsdiq edilib
30 Yanvar 2025 17:15
Azərbaycan Qırğız İnkişaf Fondu Şurasının iclası keçirilib
30 Yanvar 2025 17:16
Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafı üçün layihələri maliyyələşdirəcək
28 Noyabr 2024 16:23
Azərbaycan Qırğız yatırım ortaqlığı
06 Fevral 2025 10:00
Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini müzakirə edib
31 Yanvar 2025 14:15

