Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Prezidentin paradda çıxışı həm dünyaya, həm də Ermənistanda revanşist əhval ruhiyyədə olanlara verilən mesaj idi

Prezidentin paradda çıxışı həm dünyaya, həm də Ermənistanda revanşist əhval ruhiyyədə olanlara verilən mesaj idi

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


“Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş paradın üzərindən bir neçə gün keçsə də, lakin hələ də onun haqqında istər yerli, istərsə də xarici mediada çoxsaylı yazılar dərc edilir, paradda Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən verilən mesajlara diqqət çəkilir. Həqiqətən də 8 noyabr paradı Azərbaycanın hərbi gücü, qüdrətinin istər region, istərsə də dünyaya nümayişi ilə yanaşı, həm də Ermənistana, daha doğrusu bu ölkədə hələ də revanşist əhval-ruhiyyədə olanlara verilən bir mesaj idi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, dövlət başçısı açıq şəkildə Ermənistandakı revanşistlərə öz xəbərdarlığını etdi:
“Cənab Prezident bildirdi ki, əgər Ermənistan yenə baş qaldırarsa, nəticə eyni olacaq. Bu Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində prinsipial mövqeyinin bir daha nümayişi idi. Ümid edirəm ki, Azərbaycan liderinin bu mesajından həm Ermənistan, həm də ona dəstək verməklə regionda sabitliyi pozmağa çalışan qüvvələr nəticə çıxaracaqlar".
İlham Məmmədov qeyd edib ki, 8 noyabr Zəfər paradı təkcə hərbi güc nümayişi deyil, həm də xalqın qürur, birlik və azadlıq ruhunun təntənəsi idi:
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən parad Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini qorumaq əzminin dəyişməz olduğunu dünyaya göstərdi. Bu, həm də 44 günlük müharibədə qazanılmış uğurların davamlı sülh və təhlükəsizlik siyasəti ilə möhkəmləndirilməsinin bariz göstəricisi sayıla bilər.
Parad zamanı nümayiş olunan müasir hərbi texnika, pilotsuz uçuş aparatları, zirehli maşınlar, artilleriya sistemləri və digər müdafiə vasitələri Azərbaycanın hərbi sənayesinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsini təsdiqlədi”.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Ordusu bu gün təkcə regionda deyil, dünyada da ən müasir ordu standartlarına cavab verən güclü potensila malikdir. Qazanılmış təcrübə, texnoloji yeniliklər və yüksək peşəkarlıq səviyyəsi ölkəmizin müdafiə potensialını daim artırır.
İlham Məmmədov paradda Türkiyə və Pakistan liderlərinin iştirakına da diqqət çəkib. Deputat qeyd edib ki, bu, üç qardaş ölkə arasında yüksək səviyyəli “Üçtərəfli əməkdaşlıq formatı”nın real nəticələrinin göstəricisidir:
“Türkiyə Prezidentinin paradda iştirakı Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstək, bu gün regional sabitliyin əsas dayaqlarından biridir. Bu həm də o deməkdir ki, Azərbaycan tək deyil — onun arxasında güclü, dost və qardaş Türkiyə dayanır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirak etmək üçün Bakıya gəlişi və Pakistan hərbçilərinin ilk dəfə olaraq Azərbaycan paradında iştirakı tarixi hadisədir. Pakistan, Ermənistanı tanımayan azsaylı ölkələrdən biri kimi, Azərbaycanın haqq işini həmişə müdafiə edib. Bu birlik regionda yeni güc balansının formalaşdığını nümayiş etdirir. Azərbaycan, Türkiyə və Pakistan – hər biri öz regionunda strateji mövqeyə malik dövlətlərdir. Onların bir araya gəlməsi sülh, sabitlik və ədalət ideyalarının ortaq müdafiəsinə yönəlmişdir. Ən əsası paradda Türkiyə və Pakistan liderlərinin iştirakı həm də dünyaya açıq mesaj idi. Birincisi, Azərbaycan öz dostlarını və tərəfdaşlarını unutmur, ikincisi dost ölkələr də Azərbaycanın qələbəsini öz qələbələri kimi qəbul edirlər”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see330

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see194

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see166

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri