Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan regionun nəqliyyat xəritəsini müəyyənləşdirir

Azərbaycan regionun nəqliyyat xəritəsini müəyyənləşdirir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Orta Dəhlizdə etibarlı mövqe tutan ölkəmiz ətraf coğrafiyaların inteqrasiyasını sürətləndirir

Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına verdiyi müsahibədə Azərbaycanın beynəlxalq enerji-nəqliyyat dəhlizlərinin təşəbbüskarı və müəllifinə çevrildiyini, Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu bildirib. Respublikamız müasir geoiqtisadi çağırışlar fonunda bölgənin nəqliyyat arxitekturasının zənginləşməsinə töhfə verir, Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünə qoşularaq bu nəhəng kommunikasiya arteriyasının ən böyük qolu olan Orta Dəhliz quruculuğunda səylərini artırmaqdadır.

Asiya ilə Avropa arasında körpü...

Xatırlatma üçün deyək ki, Çin tarixi ipək dəhlizinin yeni platformasının yaradılmasına başlayanda bir çox ölkə bölgədəki mürəkkəb geosiyasi vəziyyətləri nəzərə alaraq bu marşruta qoşulmaqda tərəddüdlər edirdi. Azərbaycan hökuməti isə ilk gündən öz iradəsini nümayiş etdirərək Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirdi. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”n imzalanmasından sonra bu marşrutda ölkəmizin strateji yeri müəyyənləşdi.

Azərbaycan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğrafi qovşaqlarından birinə sahib olub. Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həyata keçirilməsi faktiki olaraq bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib.

BTQ qlobal nəqliyyat icmasında təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilməklə 150 ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir. Göründüyü kimi Azərbaycan 10 il əvvəl qitələri birləşdirən strateji kommunikasiyalara qoşulmaqla müasir nəqliyyat xəritəsini formalaşdıran ölkələrdən biridir.

Orta Dəhliz quruculuğunda lider ölkə

Hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün ən rentabelli və daşınmalar baxımından ən sərfəli şaxəsi olan Orta Dəhliz quruculuğunun möhkəmlənməsində də Azərbaycan xüsusi fəallıq nümayiş etdirir. Ölkəmizin strateji coğrafi mövqeyi və nəqliyyat-tranzit dəhlizlərinin şaxələndirilməsində xüsusi təşəbbüskarlığı respublikamızın Orta Dəhlizin mərkəzi qovşağına çevrildiyini şərtləndirməkdədir. Ölkəmizin Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə tranzit statusu əldə etmək və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Azərbaycanın hədəfi bu dəhlizlə btün ətraf coğrafiyaları birləşdirmək və tərəfdaş ölkələrlə yeni iqtisadi bağlantıları möhkəmləndirmək, dəhlizin keçdiyi ərazidə iri müəssisələr yaratmaqdır.

Bu baxımdan Azərbaycan Orta Dəhlizə inteqrasiyanın müasir tələblərinə uyğun olaraq nəqliyat həllərini həyata keçirir, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb.

Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqı

Prezident İlham Əliyev Orta Dəhlizin böyükhəcmli yük daşınmalarında artan əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, Çindən gələn və Azərbaycandan keçən yüklərin həcmləri artır. Proqnozlara görə, bu dəhlizin yükaşırma qabiliyyəti növbəti 5-6 ildə 25 milyon tona çatacaq və sonrakı mərhələdə daha da böyük axıcılıq landşaftı formalaşacaq. Həmin coğrafiyanın böyük bir hissəsi isə Mərkəzi Asiyanı əhatə edir və Xəzər üzərindən Azərbaycan vasitəsilə Avropaya ünvanlanır. Bu isə faktiki olaraq sözügedən dəhlizin qlobal miqyaslı nəqliyyat habuna çevrildiyini göstərir.

Məhz Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizə cəlb olunması daha da aktuallaşıb və hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comard Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlizin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başçılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri də məhz bu nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı olub.

Qarabağ Bəyannaməsində Orta Dəhliz amili

Orta Dəhliz vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır ki, bunun üçün tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi bu kommunikasiyanın  əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyalarını cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb.

Göründüyü kimi, Azərbaycanın əsas oyunçu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

E. CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri