Icma.az
close
up
RU
Regionun nəqliyyat xəritəsini Azərbaycan müəyyənləşdirir

Regionun nəqliyyat xəritəsini Azərbaycan müəyyənləşdirir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəngəzur dəhlizinin açılması üçün atılan addımlar öz müsbət nəticəsini verəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 27-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir çox mühüm məsələlərə toxunuldu. Onların sırasında regionun lider ölkəsi kimi Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində üstün mövqeyi, yeni yaratdığı realıqlar şəraitində genişlənən nəqliyyat coğrafiyasının əhəmiyyəti xüsusilə diqqəti cəlb edir. Prezidentin bəyan etdiyi kimi Azərbaycan regionun tranzit-nəqliyyat koridorlarının açar ölkələrindən biri kimi mühüm statusa malikdir və bütün beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizdən keçir. Bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edən ölkəmiz davamlı səyləri sayəsində bölgənin nəqliyyat arxitekturasını daha da möhkəmləndirib, yeni coğrafi koordinatlar əlavə edib. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və geniş bir trans-kommunikasiya qovşaqları yaranır.

Hazırda qlobal hablardan biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamağa başlayıb. Azərbaycan Xəzər regionunu beynəlxalq haba çevirmək üçün Orta Dəhliz xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə bəyan edib və bu təşəbbüslər dünya birliyi tərəfindən birmənalı olaraq dəstəklənib.

Orta Dəhliz nəhəng arteriyaya çevrilir

Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizə inteqrasiya olunması təşəbbüsləri də reallaşıb və yeni hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Orta Dəhlizə rəsmən qoşulub. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlizin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başşılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı əsas müzakirə mövzularından biri bölgədəki nəqliyyat bağlantılarının və infrastrukturların Orta Dəhlizlə birləşdirilməsi olub.

Hazırda Orta Dəhliz vasitəsilə daşımaların həcminin artması bu tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini də zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub.

Şimal-Cənub marşrutunda da ölkəmizin strateji mövqeyi artır

Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin potensial imkanları da güclənir. Respublikamız Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin də strateji əhəmiyyətini artırır. İranla dəmir yollarının birləşdirilməsi və Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolunun inşası Şimal-Cənub xəttinin potensial ötürücülük qabiliyyətini yüksəldib və hazırda Asiya və Yaxın-Orta Şərq bölgəsi də öz qovşaqlarını bu dəhlizə inteqrasiya etməkdədir.

Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir, Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şübhəsiz, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri Azərbaycanı qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla sıx birləşdirməklə geniş əməkdaşlıq formatları sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək.

Zəngəzur dəhlizinin də gerçəkləşəcəyi istisna deyil

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunkasiyaların da bu nəqliyyat qovşqalarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlzin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atmaqla bu dəhlizin perspektivini bağlayacağına ümid edir, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, Azərbaycansız iki qəpiklik qiyməti olmayan hansısa bir layihənin həyata keçməsi mümkün deyil. Azərbaycanın coğrafi manevrləri kifayət qədər çoxdur, öz ayrılmaz hissəsi olan Naxçıvan və Türkiyə ilə alternativ nəqliyyat bağlantılarını təmin edir və digər əlavə kommunikasiya çıxışlarına malikdir. Ancaq Ermənistan tamamilə bütün enerji-nəqliyyat-kommunikasiya qovşaqlarından kənarda olduğundan beynəlxalq dəhlizlərə çıxış qapıları da bağlı qalır. Ona görə də dövlət başçısının da vurğuladığı kimi, “Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz”.

Azərbaycan bu dəhlizin açılması üçün praktiki addımlar atır və nəzərə almaq lazımdır ki, ölkəmizin yaratdığı müasir geoiqtisadi və geosiyasi reallıqlar ticari-kommunikasiya platformalarının yeni ştrixlərini müəyyən etdiyindən Zəngəzur dəhlizinin də gerçəkləşcəyi gün uzaqda deyil.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri