Yasamalda iki əsrin hamamı dağıntıların ortasında qalıb; mühafizə edən qurum yoxdur FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bayırşəhər ərazisində yerləşən və XIX əsrə aid olduğu bildirilən tarixi hamamın taleyi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, söhbət Yasamal rayonu Mirzə Fətəli Axundzadə küçəsində yerləşən, yaşayış evi ilə birlikdə sökülməsi planlaşdırılan qədim hamamdan gedir. Məlumata görə, həmin ünvanda yaşayan sakinlərə dəfələrlə evlərini satmaları və ərazini tərk etmələri təklif olunub. Lakin sakinlərin bu təkliflə razılaşmaması səbəbindən həm yaşayış evi, həm də ona bitişik XIX əsrə aid hamam bu günədək qorunub saxlanılıb.
Məlumat memar Abdul Hüseynov tərəfindən paylaşılıb. Memar bildirib ki, sözügedən hamam memarlıq baxımından unikal nümunə olmaqla yanaşı, Bayırşəhərin tarixi-mədəni yaddaşının bir hissəsidir və bu cür irsin qorunması olduqca vacibdir. Onun sözlərinə görə, hazırda hamam rəsmi memarlıq abidələrinin siyahısına daxil edilməsə də, “yeni aşkar edilən abidələr” kateqoriyasına salınaraq mühafizə altına alına bilər.

Abdul Hüseynov qeyd edib ki, son vaxtlar rəsmi qurumlar tərəfindən Bayırşəhər ərazisində 50-dən artıq binaya tarixi abidə statusunun verilməsinin nəzərdə tutulduğu açıqlanıb. Bu baxımdan, sözügedən hamamın da siyahıya salınması və söküntüdən qorunması üçün hüquqi mexanizmlərin işə salınması mümkündür.
Mütəxəssislər hesab edirlər ki, paytaxtın mərkəzi hissəsində yerləşən bu cür tarixi tikililərin sökülməsi əvəzinə, onların bərpası və mühafizəsi şəhərin tarixi simasının qorunmasına xidmət edər. Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















