Icma.az
close
up
RU
Azərbaycan Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və Rus Evi nin bağlanması

Azərbaycan Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və Rus Evi nin bağlanması

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1.Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi

Azərbaycanla Rusiya arasında münasibətlərdə çatlar dərinləşir. Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də bu "xor"a qoşuldular.

2. Sərnişin təyyarəsinin vurulması və Rusiyanın reaksiyası

Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın raketi ilə vurulması nəticəsində qəzaya uğraması nəticəsində yaşanan faciədən sonra Rusiya dairələri təəccüblü halda əvvəlcə inkaretmə, daha sonra isə hadisəni ört-basdır etmə yolunu tutdular. Prezident İlham Əliyevin davamlı israrından sonra hadisə ilə bağlı üzrxahlıq edilsə də, ardınca Azərbaycana qarşı qara piar, hətta hədə-təhdid kampaniyasına başlanıldı.

3.Miqrantlara qarşı yeni təzyiqlər və Azərbaycana yönələn təhdidlər

Məsələn, Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi ilə daha çox bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artmağa başladı. Rusiya telegram kanallarında elə görüntü yaradılır ki, sanki Rusiyada yalnız azərbaycanlı miqrantlar yaşayır. Hətta bəzi hallarda Rusiya vətəndaşı olan azərbaycanlılar da hədəfə çevrilir.

Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov APA-ya deyib ki, o, dost və müttəfiq münasibətlərinə zərər vuran bəyənatları yolverilməz hesab edir.

“Rusiyanın məsuliyyətli dövlət xadimləri, ictimai xadimləri və deputatları ölkədə milli sülhün pozulmaması, Rusiya ilə onun ənənəvi dostları və müttəfiqləri, məsələn, Azərbaycanla yaxşı münasibətlərin korlanmaması üçün belə məsuliyyətsiz bəyanatlar verilməməsinə çağırış edir”- Markov deyib.

4.Sergey Markovdan etiraz

Sergey Markov hesab edir ki, "Rusiyada kifayət qədər nüfuzlu türkofob, o cümlədən azərbaycanofob qüvvələr var": "Onlar münasibətlərin indiki dövründən istifadə edib, Rusiya ilə Azərbaycan arasında mümkün qədər çox münaqişə yaratmağa çalışırlar. Onlar həmçinin, Rusiya ilə Türkiyə arasında münaqişə yaratmağı arzulayırlar”.

"Qeyd etmək vacibdir ki, çoxsaylı bəyanatlar təkcə miqrasiyaya, hətta qeyri-qanuni miqrasiyaya qarşı belə deyil, ümumiyyətlə, Rusiyanın azərbaycanlı milli vətəndaşlarına qarşı yönəldilib. Bu, yolverilməzdir. Belə çıxır ki, bu bəyanatlar milli əsasda diskriminasiyaya çağırır, bu isə Rusiya Federasiyasının çoxsaylı qanunlarının kobud şəkildə pozulması deməkdir. Rusiya vətəndaşı olan azərbaycanlıların hüquqları, rus dövlətinin digər millətlərdən olan vətəndaşlarının hüquqları ilə eyni dərəcədəşəkildə qorunmalıdır" deyə Markov əlavə edib.

5. Rusiya Dövlət Dumasında Azərbaycan əleyhinə bəyanatlar

Bu cür ksenofob çıxışı ilə diqqət çəkən Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevə isə Xarici İşlər Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqına qarşı işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.

Ayxan Hacızadə vurğulayıb ki, deputatın adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

"Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.

Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir".

6. "Rus Evi"nin fəaliyyətindəki şübhəli məqamlar

Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı kampaniya Bakıda "Rus Evi"nin bağlanması prosesinə başlanılandan sonra sürətləndi.


Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Rusiya müxtəlif dövlətlərdə “yumşaq güc"dən istifadə edərək maraqlarını təbliğ etməyə çalışır: “Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra bunu reallaşdırmaq Moskva üçün çətin olub. Çünki ortada işğal faktı və insanların faciəsi var. Bunu malalamaq mümkün deyil. Misal üçün 2000-ci illərdə Moskvada “Russia Today” kanalı və “Sputnik” agentliyi təsis edildi. Rusiya hakimiyyəti bu ikisi vasitəsilə əsasən Qərb dövlətlərində Kremlin təbliğatına uyğun reportajlar hazırlayır, xəbərlər yayırdılar. Ancaq Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Qərb ölkələrində “Russia Today” kanalı və “Sputnik” agentliyinin büroları bağlandı. Eyni ilə Rusiya Əməkdaşlıq Təşkilatının təsis etdiyi “Rus evi” də yumşaq gücün fərqli formasıdır. Bakıda 2011-ci ildə fəaliyyətə başlayan “Rus evi"nin məqsədi iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət etməli olsa, fəaliyyət istiqamətlərindən biri Azərbaycanda Rusiyaya bağlı olan “5-ci kolonla” işbirliyini gücləndirmək idi".

7. İnşa "müsabiqəsi" və "Georgi lenti"

Ekspert xatırladıb ki, "Rus Evi"nin " layihələri" arasında 20 Yanvar qırğınının müəlliflərindən biri olan Yevgeniy Primakov “xatirəsinə” Bakıdakı universitetlərdən birində yazı müsabiqəsi keçirmək, işğalçılığı təbliğ edən və Rusiyanın imperiya simvollarından biri sayılan Georgi lentlərini Bakıda paylamaq olub: "Bunlar Azərbaycan əleyhinə atılmış addımlar idi. Nədən Bakıdakı “Rus evi” bu illərdə 26 fevralda Xocalı soyqırmının anım günü ilə bağlı hər hansı tədbir keçirməyib? Rusiya poeziya günləri keçirmək üçün “Rus evi"nə ehtiyac yoxdur. Məşhur rus yazıçı və şairləri olan Çexov, Tolstoy və ya Puşkin olsun – bunların yaradıcılığı barədə internetdən də xəbərdar olmaq mümkündür".

8. Rusiyanın Bakıdakı media ilə bağlı çağırış

“Azərbaycanın ABŞ-ın USAİD təşkilatına ehtiyacı olmadığı kimi, “Rus evi”nin də fəaliyyətinə ehtiyacı yoxdur. İstənilən ölkənin səfirliyində mədəniyyət məsələləri üzrə müşavir olur. Həmin müşavir nəsə tədbir keçirmək istəyirsə, bunu Azərbaycanın müvafiq strukturları ilə razılıq əsasında həyata keçirə bilər. Məgər hər bir ölkənin Azərbaycanda özəl “evi” var?" deyə Elxan Şahinoğlu soruşub.

Onun fikrincə, "Rus evi" iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməyib:"“Rus evi"nin” fəaliyyət məqsədi fərqli idi. Hesab edirəm ki, “Rus evi"nin ardınca Bakıda Rusiyaya aid media resurslarının fəaliyyətinə də xitam verilməlidir”.

9. "Rus evi" nədir?

Dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərmiş "Rus evi" ( Rossotrudniçestvo) 1925-ci ildə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılıb. "Yumşaq güc" kimi istifadə edilən bu "evlər" "Rusiya mədəniyyətini və ədəbiyyatını, rus dilini təbliğ etmək" adı altında ölkələrə Rusiya xüsusi xidmət orqanlarının rəsmi və qeyri-rəsmi əməkdaşlarını yerləşdirir, yerli şəbəkəni qurmağa və cəmiyyətlə Rusiya leyhinə iş aparmağa məsul olur.

Məsələn, Danimarkanın "Information" qəzeti yazıb: " Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı “Rus evi” uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və video materiallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".

10. "Rus ev"ləri hansı ölkələrdə bağlanılıb?

2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Avropa və digər ölkələrdə "Rus evi" və ya bu qəbildən olan rus mədəniyyət mərkəzlərinin fəaliyyəti dayandırılıb və ya məhdudlaşdırılıb.

Bu ölkələr sırasında Latviya, Estoniya, Litva, Xorvatiya, Slovakiya, Polşa, Rumıniya, Çex Respublikası, Ukrayna, Fransa, Böyük Britaniya, Gürcüstan və s ölkələr var. Bu ölkələrin demək olar ki, hamısında Rusiyaya məxsus mədəniyyət mərkəzlərinin öz fəaliyyət istiqamətləri ilə deyil, casus fəaliyyəti ilə məşğul olduqları, ölkənin daxili işlərinə qarışdıqları əsas gətirilib.

Azərbaycan tərəfi də " Rus evi"nin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Bundan sonra " Rus evi" fəaliyyətini dayandırıb.

Yeri gəlmişkən, Azərbaycan da bu qərarını məhz milli maraqların qorunması üçün atdığını bildirib.

11. Azərbaycan üçün "etnik separatizm" hədəsi

Rus evinin bağlanması ilə bağlı Azərbaycanın mövqeyindən sonra isə Rusiya ekspertləri və Telegram kanalları Azərbaycanı hədələməyə başlayıb. Hədələrin mərkəzində Rusiyadakı azərbaycanlılara təzyiqlər, iki ölkə arasındakı iqtisadi münasibətlərlə şantajlar var.

Ən ağlasığmazı isə Rusiyanın ənənəvi silahı olan etnik seperatizmlə bağlı keçmişdə etdiklərini Telegram kanalları vasitəsilə fəxrlə xatırlatmasıdı.

Xalqlara qarşı silahı etnik separatizm olan, vətəndaş qarşıdurması yaratmaq "qabiliyyəti" ilə fəxr edən bu ölkənin mediası bir qrup separatçının yaratdığı "Sadval" təşkilatının ideya müəllifi və sponsoru olduğunu açıq bəyan edir. Hətta yenidən bu "ölünü dirildə biləcəyi" ilə hədələyir.

Tolerantlığı və multukultural dəyərləri ilə seçilən, etnik ayrı-seçkiliyin olmadığı nadir məkanlardan birinin- Azərbaycanın bütün vətəndaşları, hətta burda yaşayan ruslar belə Qarabağ separatçılarını, vaxtilə saxta və oyuncaq "Sadval" və " Talış Muğan Respublikası" cəfəngiyyatını Rusiyanın yaratdığını yaxşı bilirlər. Həmin məqamlarda bu ölkənin bütün vətəndaşları nümunəvi birlik nümayiş etdirməyi bacarıblar.

Məhz etnik separatizmlə məşğul olduğu üçün az qala dünyadakı bütün tərəfdaş və dostlarını itirən Rusiyanın yenə eyni hədələrə davam etməsi isə acı gülüş doğurur...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Fevral 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri