Azərbaycan Rusiyada keçiriləcək mahnı müsabiqəsində iştirakdan imtina etdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Azərbaycan və BƏƏ Rusiyada keçiriləcək "İnterviziya-2025" mahnı müsabiqəsində iştirak etməyəcəklər. Beləliklə, müsabiqədə iştirak edən ölkələrin sayı 19-a düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müsabiqənin təşkilatçısı olan "İncəsənət ənənələri" fondu məlumat yayıb.
"Bir sıra Avropa ölkələrinə, eləcə də ABŞ-yə dəvətlər göndərilib. Bu il müsabiqədə bütün qitələrdən nümayəndələr təmsil olunacaq ki, bu da formata qlobal marağı əyani şəkildə nümayiş etdirir. Təəssüf ki, bəzi ölkələr daxili səbəblər, hazırlıq üçün vaxtın olmaması və (mədəniyyət) nazirliklərində tədbirlərin sıx qrafiki səbəbindən iştirak edə bilməyiblər", - "İncəsənət ənənələri" fondundan bildirilib.



Azərbaycanlı müğənni Rusiyada keçirilən mahnı müsabiqəsində ikinci yer tutub
26 Noyabr 2024 15:02
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi
18 İyul 2025 12:38
Rusiyada Azərbaycan Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
15 Avqust 2025 13:59
Məşhur mahnı müsabiqəsi bu il Rusiyada keçiriləcək
03 Fevral 2025 19:44

