Icma.az
close
up
RU
Azərbaycan sadəcə ənənəvi enerji resursu ilə deyil, alternativ enerji resursları ilə Avropanı təmin edəcək

Azərbaycan sadəcə ənənəvi enerji resursu ilə deyil, alternativ enerji resursları ilə Avropanı təmin edəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ukrayna ilk tədarük müqaviləsini bağlayaraq Trans-Balkan dəhlizi ilə Azərbaycan qazının idxalına razılıq verib. Bu barədə “Naftoqaz”ın rəhbəri Serhiy Koretski danışıb. “Naftoqaz” və SOCAR-ın törəmə şirkəti “SOCAR Energy Ukraine” arasında müqavilə qazın Bolqarıstan və Rumıniya vasitəsilə sınaq tədarükünü nəzərdə tutur. Moskva Bakının bu qərarından qəzəblənib. Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bu məlumatı şərh edərkən bildirib ki, Azərbaycan son vaxtlar bir sıra hallarda Rusiya Federasiyasının maraqlarına düşmən olan öz xəttini aparır. Beləliklə, onun fikrincə, qonşu ölkə Rusiyaya münasibətini göstərmək üçün səbəblər axtarmağa başlayıb.

“Ukrayna demək olar 60 il idi ki (1968-2025), enerji tranzitçisi rolunu oynayaraq Avropanı Rusiya qazı ilə təmin edirdi. Lakin Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından sonra Avropa Rusiyadan qaz tədarükünü qarşıdakı dövrdə tamamilə sıfırlamaq məqsədilə gedərək azaltmaqdadır. İlk öncə “Nord Stream 2” layihəsi dayandırıldı, daha sonra 2022-ci ilin iyununda “Nord Stream 1” vasitəsilə ixrac olunan qaz həcmi azaldıldı. 2022-2023-cü illərdə Ukrayna üzərindən Avropaya Rusiyanın qaz ixracı azaldıldı və 1 yanvar 2025-ci il tarixindən etibarən isə tamamilə dayandırıldı”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, bu, Ukrayna üçün sadəcə təqribən 1 milyard dollarlıq tranzit gəlirlərindən məhrum olmaq demək deyil, həm də enerji təminatından məhrum olmaq deməkdir: “Hətta müharibənin getdiyi illərdə belə Ukrayna enerji tranzitindən gəlirlər əldə etməyə davam edirdi (2022-ci ildə 1,2 milyard, 2023-cü ildə 0,8 milyard). Beləliklə, bu ildən Ukrayna ciddi enerji böhranı ilə üz-üzədir.

Şəhla Cəlilzadə

“Azərbaycan 20-ci “Əsrin Müqaviləsi”ni imzalamaqla indiyədək Avropanın enerji təhlükəsizliyinin təminində əvəzedilməz rol oynamışdır. Hətta Gürcüstanın 2008-ci ildə Rusiya hücumuna məruz qaldıqdan sonra Rusiyanın enerji təzyiqi ilə üzləşdiyi vaxtda, onun xilasına ilk növbədə Azərbaycan çatmışdı. Gürcüstan yalnız son 1-2 ildə Rusiya ilə münasibətləri müəyyən səviyyədə bərpa etdikdən sonra Rusiyadan təkrar qaz almağa başlayıb. İndi isə ölkəmiz Ukraynanın üzləşdiyi enerji böhranı fonunda xilaskar rolundadır. SOCAR ilə Ukraynanın Naftoqazı arasında imzalanan müqavilə Ukraynanı qarşıdan gələn “soyuq qış”dan xilas edəcək”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, lakin Rusiyanın buna sərt reaksiya verməsi anlaşılan deyil, çünki Rusiya elə indi də Avropaya qaz satmaqdadır və Rusiyadan Avropaya yeganə işlək enerji boru xətti – Turkstream Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etməyə davam edir.

“Avropa Komissiyasının sədri fon der Lyayen dünən Rusiyanın əvəzinə ABŞ-dan bahalı (yüz milyardlarla dollarlıq) LNG (maye qaz) alacağına dair Trampla müqavilə imzaladı. Beləliklə, dünyanın enerji bazarında alıcı və satıcılar əl dəyişdirir. Rusiya özünə yeni enerji nəqli istiqamətləri yaratdığı kimi (Sibirin Gücü kəməri ilə Çinə, həmçinin digər Cənub və Cənub-Şərqi Asiya ölkələrinə qaz ixracı), Azərbaycan da hazırda öz enerji strategiyasını genişləndirir. Vaxtilə yalnız BTC-BTE neft-qaz kəmərləri var idisə, daha sonra TANAP (2015-ci ildən) və TAP (2020-c ildən) xətləri istifadəyə verildi. Bu istiqamətlər üzrə son mənzil Türkiyə üzərindən Yunanıstan-Albaniya-Adriatik dənizi vasitəsilə İtaliya idisə, hazırda interkonnektorlar şəbəkəsi yaradılaraq Azərbaycan qazı Mərkəzi Avropaya çatdırılması planlaşdırılır. Belə ki, oktyabr 2022-ci ildən Yunanıstan-Bolqarıstan interkonnektoru, dekabr 2023-cü ildən Bolqarıstan-Serbiya interkonnektoru işə düşüb. Hazırda Albaniyadan Monteneqro, Bosniya-Herseqovina vasitəsilə Xorvatiyaya uzanan qaz xətti (İon-Adriatik) inşa edilməkdədir”-deyən politoloqun fikrincə, bütün bunlar Avropanın yeni enerji infrastrukturunun yaradılması və Azərbaycanın bu infrastrukturun təməl enerji təminatçısı rolunu üstlənməsi deməkdir.

“Azərbaycan sadəcə qaz kimi ənənəvi enerji resursu ilə deyil, alternativ enerji resursları ilə də Avropanı təmin edəcək. Beləliklə, Rusiyanın bəzi siyasətçiləri, xüsusilə yerli-yersiz ölkəmizi hədəf alan, ən son yaşanan gərginliklər fonunda Azərbaycanı Rusiyaya düşmən münasibətdə günahlandıran Zatulin Azərbaycanı enerji siyasətini şaxələndirməsinə görə deyinmək yerinə, Rusiyanın daima Avropanı “soyuq qış” ilə təhdid etdiyinə və işğal siyasəti ilə dünyanı qarşısıalınmaz müharibə girdabının içərisinə sürüklədiyinə görə öz ölkəsinin əməllərinə qiymət versə yaxşı olar”-deyə Şəhla Cəlilzadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri