Icma.az
close
up
RU
Azərbaycan sahibkarları “WorldFood Istanbul 2025” sərgisində məhsullarını təqdim edirlər FOTO

Azərbaycan sahibkarları “WorldFood Istanbul 2025” sərgisində məhsullarını təqdim edirlər FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə stendində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarların dəstəklənməsi üçün mexanizmlər, biznes imkanları da ziyarətçilərin diqqətinə təqdim edilir.

Türkiyənin İstanbul şəhərində "TÜYAP Sərgi və Konqres Mərkəzi"ndə "WorldFood Istanbul 2025" - 33-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları Sərgisi keçirilir. 2-5 sentyabr tarixilərini əhatə edən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan şirkətləri də məhsul və xidmətlərini təqdim edirlər.

Bu barədə Milli.Az KOBİA-ya istinadən xəbər verir.

KOBİA-nın təşkil etdiyi vahid ölkə stendində Azərbaycanın bal, quru meyvə və çərəzlər, şirniyyat məmulatları, yağlar, meyvə-tərəvəz əzmələri və s. qida məhsulları nümayiş olunur, onların hazırlanması texnologiyaları barədə sərgi ziyarətçilərinə məlumat verilir. Eyni zamanda stenddə Azərbaycan brendi olan və dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında yer alan Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan" da təmsil olunur. "Caspian Event Organisers"in təşkilatçılığı, "Caspian Event Management" və "ICA Events"in tərəfdaşlığı ilə 5-8 may 2026-cı ildə keçiriləcək növbəti "InterFood Azerbaijan" Sərgisinin imkanları və potensial iştirakçılar üçün əməkdaşlıq istiqamətləri barədə stenddə məlumat verilir.

Stendimizdə KOBİA tərəfindən Azərbaycanın əlverişli biznes və investisiya mühitinin təşviqi məqsədilə ölkəmizdə sahibkarların dəstəklənməsi üçün mövcud alətlər, o cümlədən KOBİA tərəfindən təmin olunan dəstəklər, biznes üçün imkanlar barədə məlumat verilir, müxtəlif çap məhsulları təqdim edilir.

Həmçinin sərgi çərçivəsində Azərbaycan sahibkarlarının müxtəlif ölkələrdən olan iş adamları ilə görüşlər keçirməsi, yeni əməkdaşlıq və ixrac imkanlarına dair müzakirələr aparması üçün vahid ölkə stendində lazımi şərait yaradılıb.

Qeyd edək ki, hər il keçirilən "WorldFood Istanbul" sərgisi regionun nüfuzlu beynəlxalq qida sərgilərindəndir. Bu il sərgi 100-ə yaxın ölkədən 900-dən çox şirkəti bir araya gətirib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri