Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Milli Xalça Muzeyində təşkil olunan toplantıda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak ediblər.
AŞF prezidenti qonaqlara “Baku Open-2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. O, rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyası ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığın vacibliyi qeyd olunub.
AŞF prezidenti Çju Çenə xatirə hədiyyəsi təqdim edib. Sonra İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransı ilə bağlı müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















