Icma.az
close
up
RU
Azərbaycan diplomatiyası: milli maraqlar və qlobal prioritetlər

Azərbaycan diplomatiyası: milli maraqlar və qlobal prioritetlər

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir. Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat bildirib ki, BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır: “Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”.
Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir: “Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi, nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır”.
S.Salmanova son illərdə Azərbaycan diplomatiyasının həm regional, həm də qlobal miqyasda mühüm uğurlar əldə etdiyini bildirib: “Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu sübut edir”.
Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionda aparıcı gücə çevrilib: “Qarabağda əldə edilən tarixi Qələbə, sonrakı dövrdə sülh təşəbbüsləri və beynəlxalq diplomatik platformalarda aparılan ardıcıl iş dövlət başçısının liderliyinin bariz nümunəsidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qlobal miqyasda güclənən mövqeyinin və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu səfər həm ölkəmizin milli maraqlarının müdafiəsinə, həm də qlobal əməkdaşlıq proseslərinə mühüm töhfə verir. Azərbaycan artıq dünya birliyində yalnız bir iştirakçı deyil, prosesləri istiqamətləndirən, təşəbbüslər irəli sürən və gələcəyin beynəlxalq gündəliyinin formalaşmasında fəal rol oynayan mühüm aktora çevrilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri