Azərbaycan sərhədində “iki qardaş ordu”nun təlimi başa çatıb İranla Ermənistan sərhədlərimizdə nəyi məşq ediblər?
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran və Ermənistanın iki gün davam edən birgə hərbi təlimləri başa çatıb.
“AzPolitika” xəbər verir ki, İRNA-nın məlumatına görə, təlimdə yüngül və ağır silahlardan istifadə, xüsusi təyinatlıların snayper bacarıqlarının nümayişi, söküntü və partlayış əməliyyatları və atəş dəstəyi yer alıb.
Rəsmi məlumatda deyilir ki, guya təlimlərin əsas məqsədi sərhəd təhlükəsizliyinin gücləndirilməsi olub və onlar regionda davamlı sülhün qorunmasına uyğun keçirilib.
Təlimə briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani rəhbərlik edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü briqada generalı Seyid Morteza Mirian isə deyib: “İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları dost və qardaş Ermənistanla əməliyyatların planlaşdırılması və koordinasiya üçün nəzərdə tutulmuş tədbirləri ən yaxşı şəkildə həyata keçirib”.
Briqada generalı Alireza Madani deyib: "Təlimdə məqsəd davamlı sərhəd təhlükəsizliyini gücləndirmək və terrorizmlə mübarizədir. Onlar bölmələrin planlaşdırılması və hazırlanması baxımından ən qısa müddətdə həyata keçirilib".
Lakin qeyd edək ki, birgə təlimlərdə müdafiədən və təhlükəsizlikdən çox hücum əməliyyatlarının məşq edildiyi görünür. Belə ki, təlimdə istifadə olunan “УР-77”(Rus əsgərləri arasında "Змей Горыныч" kimi tanınır-red.) qurğu "cəbhənin yarılacaq ərazisində minaların məsafədən təmizlənmə qurğusu” adlanır. Maraqlıdır ki, bu iki “dost və qardaş dövlət” Azərbaycan sərhədinin dibində hansı müdafiə zolağını yarmağın təlimini keçirlər?
“AzPolitika.info”
Baxış sayı:87
Bu xəbər 11 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















