Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Azərbaycan ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır

Azərbaycan ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünyanın nüfuzlu qurumlarından birinə çevrilmiş Şanxay Əməkdaşlıq Təşkilatı çoxqütblü dünya düzənində qarşılıqlı əməkdaşlığın, inkişafın və tərəqqinin mühüm platformasıdır. Təşkilat dövlətlərin təhlükəsizlik maraqlarının, iqtisadi prioritetlərinin və regional maraqlarının qorunması üçün geniş əməkdaşlıq imkanları yaradır. Azərbaycanın bu mötəbər qurumla əməkdaşlığı təsadüfi xarakter daşımır. Avropanın enerji xəritəsində mühüm pay sahibi olan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsi ölkəmizin çoxşaxəli xarici siyasətini və yeni geosiyasi reallıqlara uyğun çevik yanaşmasını nümayiş etdirir. Bu əməkdaşlıq təhlükəsizlik, enerji, nəqliyyat-logistika, ticarət və investisiya istiqamətlərində qarşılıqlı maraqların daha geniş müstəvidə inkişafı üçün mühüm imkanlar açır. Avrasiyada qüdrətli təşkilat kimi nüfuz qazanmış ŞƏT-in üzv və tərəfdaş ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu əlaqələr ölkəmizin iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni imkanlar qazanmasına, Avrasiya məkanında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə verir.

Qırğızıstan səfəri çərçivəsində ölkə başçımızın müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər və Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirakı Azərbaycanın regional əməkdaşlığın inkişafına və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirdi.

Əvvəla, onu qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq ölkəmizin artan nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin mühüm göstəricilərindən biridir. Bu qurumla əməkdaşlıq Azərbaycanla üzv və tərəfdaş ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Ölkəmizin təşkilat çərçivəsində artan önəmi Azərbaycanın regional və qlobal proseslərdə fəal rolunu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa verdiyi töhfəni daha da gücləndirir.

İkincisi, ölkəmizlə təşkilata üzv olan bir çox ölkə arasında uğurlu siyasi və iqtisadi tərəfdaşlıq əlaqələri mövcuddur. Dünyanın iqtisadi nəhənglərindən olan Çin Xalq Respublikası ilə əlaqələrimiz də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ticarət, investisiya, nəqliyyat və logistika sahələrində mövcud potensial iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır.

Üçüncüsü, ŞƏT-lə əməkdaşlıq Azərbaycanın Avrasiya məkanında mövqeyini daha da gücləndirən istiqamətlərdən biridir. Təşkilata üzv ölkələrlə qurulan əlaqələr ölkəmizə geniş coğrafiyada yeni tərəfdaşlıqlar yaratmaq, mövcud münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı genişləndirmək imkanı verir.

Nəhayət, məhz bu amillər Azərbaycanın

ŞƏT-lə əməkdaşlığa verdiyi önəmi artırır. Ölkəmizin təşkilatla münasibətləri mövcud əlaqələrin qorunması ilə məhdudlaşmır, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini də gündəmə gətirir. Azərbaycanın bu prosesdə fəal iştirakı ŞƏT ölkələri ilə qarşılıqlı əlaqələrin daha geniş müstəvidə inkişafına xidmət edir.

Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı Qırğız Respublikasının Prezidentinə dəvət və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Cənubi Qafqazda formalaşan yeni reallıqlardan danışdı. Prezident Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 ildən artıq davam edən münaqişənin başa çatması baxımından mühüm hadisə kimi qiymətləndirdi. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, hazırda Ermənistanla ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atdığını vurğuladı.

Bununla yanaşı dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalmasını bildirərək gələcəkdə belə sənədlərin həyata keçirilməsi üçün səmərəli mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Şübhəsiz ki, dövlət başçımızın bu mötəbər tribunadan səsləndirdiyi fikirlər böyük maraqla dinlənildi, xüsusi diqqət və rəğbətlə qarşılandı. Prezident çıxışında Azərbaycanın prinsipial mövqeyini aydın və sistemli şəkildə ifadə etməklə regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması ilə bağlı mühüm mesajlar verdi.

Beləliklə, Azərbaycan ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır. Ölkəmiz milli maraqlarını qorumaqla yanaşı qarşılıqlı etimad və faydaya əsaslanan əlaqələrin daha da inkişafında maraqlıdır. Bişkekdə keçirilən görüşlər ŞƏT üzvü dövlətlərinin Azərbaycana yüksək münasibətini və ölkəmizə olan etimadını bir daha nümayiş etdirdi. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ardıcıl və praqmatik siyasət yürüdərək etibarlı, məsuliyyətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaş olduğunu bütün dünyaya sübut edib.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri