Icma.az
close
up
RU
Azərbaycan Şimali Makedoniya dostluq və tərəfdaşlıq münasibətləri güclənir

Azərbaycan Şimali Makedoniya dostluq və tərəfdaşlıq münasibətləri güclənir

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev: “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır”

Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlər son illərdə yüksələn xətlə inkişaf edir. Bu iki ölkə arasında əlaqələr təkcə siyasi və diplomatik sahələrdə deyil, həm də iqtisadi, ticarət, mədəniyyət və təhsil sahələrində də güclənir. Azərbaycan və Şimali Makedoniya, qarşılıqlı maraqlarına əsaslanaraq, əməkdaşlıq imkanlarını artırmağa çalışırlar. Həmçinin hər iki ölkə regionda stabillik və təhlükəsizlik məsələlərində bir-birini dəstəkləyir, və bu əlaqələr daha da möhkəmlənməkdədir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi və Şimali Makedoniyanın Avropa inteqrasiyası istiqamətindəki irəliləyişləri, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. 2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıya rəsmi səfəri, Şimali Makedoniya ilə Azərbaycan münasibətlərinə yeni təkan verəcək. Bu cür yüksək səviyyəli səfərlər, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir.

Görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində yeni layihələr müzakirə olunub. Eyni zamanda, Şimali Makedoniya və Azərbaycan arasında mədəniyyət və təhsil sahələrində də qarşılıqlı əlaqələr artırılacaq. Bu səfər, həmçinin ölkələr arasında diplomatik münasibətlərin möhkəmlənməsinə və regional məsələlər üzrə birgə yanaşmaların formalaşmasına xidmət edir. Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərimi inkişafı üçün fəal iş aparıldığının deyib: “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”. Azərbaycan Şimali Makedoniya ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır və bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etməsi üçün fəal addımlar atır. Azərbaycan, xüsusilə enerji, ticarət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində iki ölkə arasında əlaqələri dərinləşdirməyi hədəfləyir. Şimali Makedoniya arasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində bir addım daha atıldığını göstərir.

Azərbaycanın Şimali Makedoniya ilə enerji sahəsindəki əməkdaşlıq potensialı böyükdür. Şimali Makedoniya Respublikası ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı son illərdə inkişaf etməyə başlayıb. Eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı və qaz ixracının artması, bu ölkə ilə əlaqələrin daha da güclənməsinə kömək edir. Hər iki ölkə arasında enerji, ticarət və iqtisadi sahələrdə əlaqələr genişlənir. Azərbaycanın enerji resursları, xüsusilə neft və qaz sahəsindəki təcrübəsi, Şimali Makedoniya üçün mühüm maraq kəsb edir. Eyni zamanda, Azərbaycanın qaz ixracı və tranzit imkanları, Şimali Makedoniya və ümumilikdə region üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezident bildirib ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”. Azərbaycanla Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın inkişafı, həm də iki ölkənin iqtisadi inteqrasiyasını gücləndirərək qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu əməkdaşlıq həm regional enerji təhlükəsizliyinin təmin edilməsində, həm də müvafiq infrastrukturun inkişafında əhəmiyyətli rol oynayır.

Bundan əlavə, iki ölkə arasında enerji sahəsindəki əlaqələr beynəlxalq təşəbbüslərdə iştirak etməklə daha da möhkəmlənir. Bu istiqamətdə müxtəlif müqavilələr və layihələr müzakirə olunub və tətbiq edilməyə başlanılıb.

Daha çox təmas və qarşılıqlı səfərlər, həmçinin təcrübə mübadiləsi, bu əlaqələrin daha da inkişaf etməsinə və daha böyük iqtisadi layihələrin reallaşmasına şərait yaradır. Həmçinin, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, xalqlar arasında dostluq əlaqələrini daha da gücləndirir.
Ümumiyyətlə, Şimali Makedoniya ilə Azərbaycan arasındakı münasibətlərin yüksələn xətti, iki ölkə arasında strateji əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.

Azərbaycanın regional liderliyinin artırılması və Şimali Makedoniyanın Avropa inteqrasiyası sahəsindəki məqsədləri də bu cür səfərlərin əhəmiyyətini artırır. Ümumilikdə, xanım Prezident Qordana Silyanovska-Davkovanın bu səfəri, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə gətirib çıxaracaq.

Səyavuş Qasımov 
Avrasiya Universitetinin rektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri