Azərbaycan sülhün praktiki əsaslarını yaradan dövlətdir Millət vəkili
Icma.az bildirir, 525.az portalına istinadən.
"Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışı ölkəmizin regional və beynəlxalq müstəvidə artan rolunu, həyata keçirdiyi sülh siyasətini və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlət başçımızın çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək inkişaf dinamikası xüsusi vurğulandı. Cəmi bir ay əvvəl iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Qırğızıstanın sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi ilə bağlı səmimi fikirləri xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir".
Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili qeyd edib ki, Prezident öz çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara da xüsusi diqqət yetirdi. Bir ildən artıq müddət əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionun gələcəyi baxımından mühüm tarixi hadisədir. Otuz ilə yaxın davam edən münaqişədən sonra Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və sülh məkanına çevrilməsi üçün real imkanlar yaranıb. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan bu gün regionda yalnız sülhdən danışan deyil, həm də sülhün praktiki əsaslarını yaradan dövlətdir. Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı ticarətin artırılması, tranzit imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər Azərbaycanın gələcəyə hesablanmış konstruktiv siyasətinin bariz nümunəsidir:
"Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin taleyi ilə bağlı səsləndirdiyi fikirlər isə beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartlara diqqəti yönəldir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücü, xalqın iradəsi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində bərpa olunması tarixi ədalətin təntənəsidir. Lakin bu proses eyni zamanda beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrası üçün daha səmərəli və təsirli mexanizmlərə ehtiyac olduğunu da ortaya qoyur. Bu gün Azərbaycan artıq qalib və suveren dövlət kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Ölkəmiz regional əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması, çoxtərəflilik prinsiplərinin inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını uğurla təmin edən dövlət deyil, eyni zamanda daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən etibarlı tərəfdaşdır. Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcək inkişafı üçün geniş perspektivlər açır. Məhz Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində ölkəmiz bu gün həm regionda, həm də qlobal miqyasda söz sahibi olan, sülh və əməkdaşlıq gündəliyini irəli sürən güclü dövlət kimi çıxış edir".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















