Icma.az
close
up
RU
Azərbaycan Suriya münasibətləri: Enerji əməkdaşlığı İran və Rusiyanı qıcıqlandırdı ŞƏRH

Azərbaycan Suriya münasibətləri: Enerji əməkdaşlığı İran və Rusiyanı qıcıqlandırdı ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın Suriya ilə əlaqələrinin genişlənməsi, enerji və başqa sahələrdəki mübadilələri heç bir ölkənin maraqlarına zidd deyil. Bu, həm Rusiya və İranın iştirakı ilə dağıdılmış Suriyanın bərpası üçün vacibdir həm də Azərbaycanın inkişafı üçün əhəmiyyətlidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib:

“İran və Rusiyanın Suriyada öz maraqları olub və bu maraqların Azərbaycanın əleyhinə yönəldiyi də gizli deyildi. Xüsusilə İran, sabiq Suriya rejimi vasitəsilə oradakı erməni və kürd terrorçu qruplaşmalarını dəstəkləməklə, həm Türkiyəyə, həm də Azərbaycana təzyiq və təhdid yaratmağa çalışırdı. Buna baxmayaraq, hazırda Azərbaycanla Suriya arasında yüksələn xətt üzrə münasibətlərin inkişafı müşahidə olunur. Ölkəmizin təhlükəsizliyinin təmin olunması, Suriyadan yenidən xarici təsirlərlə formalaşa biləcək təhdidlərin qarşısının alınması baxımından əldə edilən razılaşmalar mühüm əhəmiyyət daşıyır

Suriya Prezidenti Əhməd Hüseyn Əl Şaraanın Bakıya səfəri, Azərbaycanın Türkiyə ilə birgə bu ölkənin enerji təminatında iştirakı İran və Rusiya mediasında geniş müzakirə olunur, müxtəlif əsassız ittihamlarla müşayiət edilir. Bu məsələnin Rusiya mediasında da yer alması, İranla birgə planların varlığını ehtimal etməyə əsas verir. Bakıda əldə olunan razılaşmaları Rusiya və İran öz maraqlarına təhlükə kimi qiymətləndirsə də, bu yanaşma yanlışdır. Azərbaycan heç bir tərəfə təhdid yaratmır, sadəcə, əvvəllər Suriya vasitəsilə ölkəmizə yönələn təhlükələri yeni hakimiyyətlə münasibətlər qurmaqla neytrallaşdırır.

Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı da labüddür. İran və Rusiya, bu razılaşmanı Türkiyənin Azərbaycanın dəstəyi ilə Yaxın Şərqi öz geostrateji baxışlarına uyğun yenidən formatlaşdırması kimi qiymətləndirirlər. Əgər bu belədirsə, onda regionun müharibə və xaos içindən çıxaraq sabitliyə və rifaha doğru addımlamasından narahatlıq doğurması anlaşılan deyil”.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə Yaxın Şərqi öz geostrateji baxışlarına uyğun şəkildə formatlaşdırmaq üçün əsas vasitə kimi mavi yanacaqdan istifadə edir:

“Ancaq bu layihələr və planlar ölkələrin inkişafına xidmət edir və Rusiya ilə İranın təhlükə yaradan strategiyalarından fərqlənir. Əgər Ankara–Bakı–Dəməşq enerji alyansı İranı Suriyanın qaz bazarından sıxışdırıb çıxara bilərsə, bu da təbiidir. Eyni zamanda, Rusiya müharibədən sonrakı Suriyada əsas oyunçu statusunu itirmək riski ilə üzləşirsə, bu da onun yanlış xarici siyasətinin nəticəsidir.

Suriya ilə neft və qaz sahəsində memorandumun imzalanması, şübhəsiz ki, həm ölkələrimizin maraqlarına, həm də Yaxın Şərqdə sabitliyin bərpası məqsədinə uyğundur. Türkiyənin Suriyanı xilas etməsi bölgədə balansı onun xeyrinə dəyişdirdi və təbii olaraq, ən yaxın müttəfiqi kimi Azərbaycan da bu prosesdən bəhrələnəcək. Artıq yeni əlaqələr qurulur, münasibətlərin inkişafı sürətlənir.

Bu isə Türkiyəni Yaxın Şərqdə həm qüdrətli, həm də ədalətli siyasət yürüdən bir dövlət kimi önə çıxarır. İran və Rusiyanın indiyədək yürüdüyü Yaxın Şərq siyasətinin tənəzzülü, onların yalnız öz maraqlarını üstün tutmaları, məhz bu cür yeni reallığın formalaşmasına səbəb olub. Azərbaycan və Türkiyənin Suriya ilə əməkdaşlığı inkişaf etdikcə bu əlaqələrin faydası və yaxınlığı daha aydın görünəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see194

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see151

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri