Icma.az
close
up
RU
Dəhlizin Azərbaycan hissəsi nə vaxt tamamlanır? KONKRET

Dəhlizin Azərbaycan hissəsi nə vaxt tamamlanır? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində tunel və körpü layihələri yekun mərhələdədir.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Tural Abbaslı diplomatik korpus nümayəndələrini məlumatlandırarkən bildirib.

“Tunel divarlarının qazılması üçün dinamitdən istifadə olunur və gündə təxminən 2–3 metr qazıntı aparılır. Qazıntıdan dərhal sonra xüsusi boltlar, məftil və beton vasitəsilə divarlar möhkəmləndirilir. Tunelin ümumi uzunluğu 677 metrdir. Onun ardınca daha bir tunel gəlir, uzunluğu 1067 metrdir. Hər iki tunel bağlanmış boru tipli texnologiya ilə inşa edilir”, – o deyib.

ADY rəsmisinin sözlərinə görə, dağ relyefi nəzərə alınaraq tunelin üst hissəsində daşların düşməsinin qarşısını almaq üçün xüsusi qalereya tikilib:

“Tikintiyə başladığımızda ərazi daşlarla dolu idi, buna görə də tuneli qorumaq üçün mühəndislik həll tətbiq etdik. Layihə çərçivəsində ümumilikdə 594 mühəndis qurğusu, o cümlədən 4 tunel və 14 körpü inşa olunur. Regionun ən uzun dəmir yolu körpüsü – 771 metr uzunluğunda körpü də burada yerləşir. Hündürlüyü 35 metr olan körpü isə regionda ən böyük mühəndis qurğularından biri hesab olunur. Tikintinin ümumi irəliləyişi 68 faizdir.

Gələn ilin sonuna qədər sərhədə qədər olan hissədə dəmir yolu çəkilişi başa çatdırılacaq. Daha sonra elektrik, siqnalizasiya, rabitə və abadlaşdırma işləri tamamlanacaq”.

Tural Abbaslı əlavə edib ki, layihə çərçivəsində 9 stansiya nəzərdə tutulub: “Hazırda Həkəri və Zəngilan stansiyaları arasında işlər yekunlaşır. Tunelin çıxışında Azərbaycanı İranla birləşdirəcək körpü inşa ediləcək”.

ADY sədrinin müşaviri vurğulayıb ki, Araz İqtisadi Zonasında yerləşən “Holcim” zavodunun ehtiyacları üçün dəmir yolunun müəyyən hissəsi artıq istismar olunur və bu il 25 min ton yük daşınıb.

“Texniki baxımdan bu mümkündür. Ətraflı layihə hazır olduqdan sonra həmin 42 kilometrlik hissəni 2–2,5 ilə başa çatdırmaq olar”, – ADY rəsmisi Ermənistan ərazisindən keçən dəmir yolu xəttinin bərpası ilə bağlı suala cavabında bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri