Azərbaycan Suriya və Maldiv adalarına alma tədarükünü bərpa edib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 38,95 milyon ABŞ dolları dəyərində 47 min 868 ton alma göndərilib.
525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Rusiyaya 32,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 1,3 % az) 39 min 555 ton (-15,3 %), Özbəkistana 2,2 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 757 ton (+3,2 dəfə), Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində (+4,2 dəfə) 2 min 75 ton (+6,4 dəfə), Qazaxıstana 938 min ABŞ dolları dəyərində (+60 %) 2 min 247 ton (+54 %), Birləşmiş Ərəb Əmirliklərinə 542 min ABŞ dolları dəyərində (-39 %) 488 ton (-52 %) məhsul satıb.
Azərbaycan 7 ilin tamamında Suriyaya (368 min ABŞ dolları dəyərində 640 ton) və 4 il 1 aylıq aradan sonra Maldiv adalarına (31,5 min ABŞ dolları dəyərində 18,3 ton) tədarükü bərpa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 14 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















