Icma.az
close
up
RU
Millət vəkili Jalə Əliyeva: “Azərbaycan gənci Qarabağ zəfərində mühüm rol oynayıb”

Millət vəkili Jalə Əliyeva: “Azərbaycan gənci Qarabağ zəfərində mühüm rol oynayıb”

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir ölkənin gələcəyini təmin edən əsas amillərdən biridir. Azərbaycanın dövlət gənclər siyasətində bu məsələlər xüsusilə önəmli yer tutur. Əsas məqsəd gənclərin öz milli kimliklərini dərk etməsi, Vətəninə bağlılıq hissi ilə böyüməsi və bu müstəvidə daha sağlam bir gələcək inşa etmələridir.

Son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən bu istiqamətdə bir çox layihələr həyata keçirilmiş, vətənpərvərlik ruhu və milli şüurun artırılması məqsədilə ardıcıl və sistemli işlər görülmüşdür. 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. Azərbaycan gəncləri həm döyüş meydanında, həm də informasiya sahəsində, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edərək, bu məsələlərə verilən önəmin vacibliyini göstərdilər.

Mövzu ilə bağlı millət vəkili Jalə Əliyeva Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan gənci Ali Baş Komandanın birbaşa rəhbərliyi altında 30 illik həsrətə son qoymuş Qarabağımızı torpaqlarımızın işğaldan azad edilməsində canından və qanından keçən insandır.

“Azərbaycan gənci bu gün böyük nailiyyətlər əldə edir və biz, həqiqətən də, sözün əsl mənasında, gəncliyimiz ilə fəxr edə bilərik. Bu gənclik ölkə rəhbərinin rəhbərliyi altında Qarabağımızı işğaldan azad etmək uğrunda mübarizə aparan və bu yolda canını fəda edən insanlardır. Azərbaycan gənci həm də elmi, mədəniyyəti, incəsənəti və idmanı ilə dünyada tanınan şəxsiyyətlərdir. O, böyük vətənpərvərlik hissləri ilə böyüyərək, hər zaman ölkəsi və dövləti üçün ön cərgədə olmaq üçün hazırdır”, – deyə millət vəkili vurğulayıb.

J. Əliyeva əlavə edib ki, Azərbaycan gəncinin yaşı müstəqilliyimizlə eynidir, ya da bir az daha azdır:

“Bu gənclər müstəqillik uğrunda aparılan mübarizəni, ölkənin xaotik dövrlərini və vətəndaş müharibəsinin astanasında olduğu vaxtları görməyiblər. Bu dövrləri yalnız tarix kitablarından və böyüklərindən eşidiblər. Lakin Azərbaycan xalqının vətənpərvərlik duyğusu bu gənclərə də aşılanıb. Bu gün Azərbaycan gəncləri, ölkə ilə bağlı taleyüklü məsələlərdə öz fikirlərini sərbəst ifadə edə bilirlər”.

Millət vəkilini həmçinin 44 günlük Vətən müharibəsi zamanı səslənən məşhur şüarı da xatırladıb:

“Ana qucağında gedən körpələr tanklar üzərində geri döndülər” Həmin körpələr, böyüklərin yaşadığı ağrıları qan yaddaşlarında daşıyaraq, böyüdülər və nəhayət, Vətən üçün silahlanaraq, cəbhəyə gedərək, adlarını yazdırdılar. Prezidentin çağırışı ilə sentyabrın 27-də gənclərimiz hərbi çağırış bölmələrinin qarşısında toplandılar və Vətənin müdafiəsi üçün cəbhəyə getməyə can atırdılar”.

Azərbaycanın böyük itkilər verdiyini, şəhidlərimizin sayının üç minə çatdığını bildirən Milli Məclisin deputatı onu da vurğulayıb ki, bu dövrdə gənclərimiz müharibə, antiterror əməliyyatları, aprel döyüşləri və sülh dövründəki təxribatlar zamanı da ön cərgələrdə olublar.

“Bu gün Azərbaycan gəncləri üçün çox əhəmiyyətli dövlət siyasəti həyata keçirilir. Dövlət gənclərin sağlam və hərtərəfli inkişafı üçün bir çox proqram və layihələr həyata keçirir. Gənclərimizin təhsil alması və gələcəyin qurucuları olaraq inkişaf etməsi üçün dövlətin qayğısı danılmazdır”, – deyə o, əlavə edib.

Millət vəkili həm də qəbul edilən qanunlar və parlamentin fəaliyyətlərinin gənclər siyasətinə dəstək verdiyini vurğulayıb. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin mövcudluğunun, gənclərin qarşılaşdıqları problemlərin həlli və gələcəklərinin təminatı baxımından mühüm rol oynadığını qeyd edib.

“Bu gün Azərbaycan gəncləri yüksək ballar toplayaraq, həm ölkəmizin, həm də dünyanın məşhur universitetlərinə qəbul olunurlar. Bu, təhsilli və inkişaf edən bir cəmiyyətin göstəricisidir”, – deyə o, vurğulayıb.

“Biz gənclərimizlə fəxr edirik və onların hər birinin layiqli bir vətəndaş olmasını arzulayırıq. Hər cəmiyyətdə olduğu kimi, bizim gənclərimiz arasında da bəzi problemlər mövcuddur, lakin bu məsələlər çox az sayda gənclə məhdudlaşır. Bu gənclər yaxşı ilə pis arasındakı fərqi daha yaxşı dərk edəcəklər və öz gələcəkləri üçün özlərini daha da inkişaf etdirəcəklər”, – deyə millət vəkili əlavə edib.

J. Əliyeva, həmçinin Azərbaycan gənclərinin layiqli və ləyaqətli olduqlarını və onların ölkənin inkişafında mühüm rol oynayacaqlarını söyləyib.

“Biz onların uğurlarını daim dəstəkləyəcəyik”, – deyə həmsöhbətimiz yekunlaşdırıb.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, gənc nəsildə milli mədəni şüurun formalaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

O, Elm və Təhsil Nazirliyi ilə yanaşı, Məktəbəqədər Təhsil Təhsili Dövlət Agentliyinin də bu sahədə işlər gördüyünü qeyd edib.

“Şagirdlərə milli kimliklərinin dərk edilməsi vacibdir. Onlar doğulub boya başa çatdıqları ölkə haqqında müəyyən məlumatlara sahib olmalıdırlar. Bu məlumatlar dərsliklərdə, xüsusən Azərbaycan dili, tarix və ədəbiyyat fənlərində şagirdlərə çatdırılır. Həmçinin son illərdə rus bölməsi də daxil olmaqla, digər tədris bölmələrində də Azərbaycan dili dərslərinin saatları artırılıb və Azərbaycan tarixi ilə bağlı müvafiq tədris işləri aparılır”, – deyə E. Əfəndi bildirib.

Mütəxəssis həmçinin vurğulayıb ki, son dövrlərdə, işğaldan azad olunan torpaqlarımızla bağlı tarixi məlumatların dərsliklərdə yer alması da vacib bir addım olub:

“Şagirdlərə bu istiqamətdə məlumatlar verilərək, vətənpərvərlik mövzusunda hekayələr tədris edilir”.

Bununla yanaşı, müsahibimiz əlavə bir dərs saatının vətənpərvərlik mövzusuna həsr edilməsinin faydalı olacağını bildirib.

“Bu dərs tarix və ya ədəbiyyat fənləri çərçivəsində verilə bilər. Ən azı həftədə bir və ya iki saatın bu mövzuya ayrılması, şagirdlərə bu barədə daha çox məlumat vermək baxımından müsbət effekt verə bilər”, – deyə o fikrini açıqlayıb.

Təhsil eksperti əlavə edib ki, bu məsələnin yalnız Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi kifayət etmir:

“Qeyri-hökumət təşkilatları və digər qurumlar da bu işə qoşulmalı və müvafiq layihələr həyata keçirməlidirlər. Milli vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc nəslin öz milli kimliyini dərk etməsi və mənəvi dəyərlərini qoruması vacibdir”.

O, həmçinin vurğulayıb ki, şagirdlərdə birlik və əməkdaşlıq bacarıqlarının formalaşdırılması da əhəmiyyətlidir. Bu məqsədlə təkcə Elm və Təhsil Nazirliyi deyil, digər qurumların da iştirak etməsi vacibdir.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 05 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see335

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri