Icma.az
close
up
RU
Azərbaycan tarixi Zəfərə imza atıb ŞƏRH

Azərbaycan tarixi Zəfərə imza atıb ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Azad edilmiş torpaqlarımıza soydaşlarımızın mərhələ-mərhələ köçürülməsi Böyük Qayıdışa dair I Dövlət Proqramında müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı buraya köçən sakinlərlə görüşü zamanı diqqətə çatdırdı ki, birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Bugünkü reallıqlarımızı düzgün dəyərləndirmək üçün daim keçilən yola nəzər salmağa bir zərurət duyulur. Prezident İlham Əliyev görüşdə 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövrünün gerçəkliklərinə diqqəti yönəldərək dövlətimizin gücü, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu kimi amilləri vurğuladı. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda, sülhün təminatçısı Azərbaycandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, 21 avqust tariximizə yazılan növbəti uğur səhifəsidir: “Kəlbəcərlilər doğma yurd-yuvalarına qayıdır, burada yeni həyat başlayır. Azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcərdə də aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Prezident İlham Əliyevin təkcə avqustun 21-də rayona səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Sakinlərinə qovuşan Kəlbəcər həyatının yeni dövrünə qədəm qoydu. Burada soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bildirdi ki, Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər 1-ci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir”.

Malik Həsənov vurğulayıb ki, hər bir əlamətdar gün dünənə baxış əsasında gələcəklə bağlı prioritetlərin müəyyənləşdirilməsini bir tələbə çevirir: “Bu gün tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın uğurlarından bəhs edirik. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin hazırda beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Bu günlərdə Vaşinqtonda tarixi sülh razılaşması bütün bu məqamlara işıq saldı. Bugünümüzün reallıqları fonunda 30 illik işğal dövründə bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığını daha aydın görmək mümkündür. Həmin dövrdə artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Fransa, Rusiya və ABŞ məsələni həll etmək əvəzinə, dondurmaq istiqamətində işlər aparırdı. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, onlar erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə, Ermənistan torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunmasın”.

Deputat bildirib ki, 2020-ci ilin 8 noyabrı, 2023-cü ilin 19-20 sentyabrı şərəfli və tarixi günlərdir: “Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək əsas hədəf Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, separatçı xunta kapitulyasiya aktına imza atdı. Artıq həmin vaxtdan Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Azərbaycan istədiyinə nail olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimizin ilk günündən əsas hədəf sahibinə qovuşmuş torpaqlarımızın dirçəldilməsi, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır: “30 illik işğal dövründə bütün şəhər və kəndlər, tarixi və dini abidələrimiz dağıdılıb, məscidlərimiz təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərin boşaldılması zamanı ermənilərin törətdikləri vəhşiliklər diqqətdən kənarda qala bilməzdi. Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri