Icma.az
close
up
RU
Xilasdan Zəfərə ŞƏRH

Xilasdan Zəfərə ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

15 İyun - Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtəsi, dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi şanlı tarixdir. Bu gün təqvimdə sadəcə bir bayram deyil, xalqımızın milli varlığının, müstəqilliyinin və gələcəyinin qorunub saxlanmasının rəmzidir.

15 İyun - Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyinin rəsmi xilas günü və millətin öz müqəddəratını təyin etdiyi tarixi dönüş nöqtəsidir. Bu tarix sadəcə təqvim dəyişikliyi deyil, ölkənin müstəqil bir subyekt kimi dünya xəritəsindən silinmək və parçalanmaq təhlükəsindən xilas olduğu xüsusi bir mərhələdir. 1993-cü ilin iyununda atılan qətiyyətli addımlar bu gün regional liderə çevrilən, ərazi bütövlüyünü tam bərpa etmiş qüdrətli Azərbaycanın möhkəm təməl daşıdır.

1991-1993-cü illərdə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan çox ağır siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Ölkədə tüğyan edən xaos, daxili çəkişmələr, hərc-mərclik və Ermənistanın hərbi təcavüzü gənc respublikanı parçalanmaq həddinə çatdırmışdı. Belə bir çətin məqamda xalqın təkidli tələbi və dəvəti ilə Ümummilli Lider Heydər Əliyev Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu qayıdış ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, siyasi sabitliyin təməlini qoydu və dövlətin sükanını qətiyyətli liderin əllərinə təslim etdi. 1997-ci ildə parlamentin qərarı ilə bu tarixə rəsmi status verildi.

İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir.Ümum­mili liderimiz Heydər Əliyev tarix ya­radan, tarixi əbədiləşdirən və Azərbaycan xalqının yaddaşında əbədi qalmağı bacaran bir şəxsiyyətdir.

Qurtuluş günümüz - Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gətirilməsi, xalqın Ulu öndərinə bəslədiyi məhəbbətindən, etimadından qaynaqlanırdı. Azərbaycan xalqı Heydər Əliyevi öz xilaskarı kimi görürdü.

Heydər Əliyevin gərgin əməyi nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu tez bir zamanda yenidən təşkil edildi, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm ni­zam-intizam yaradıldı. O,ordu ki bu gün bizə tarixi zəfər yaşatdı.

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” kəlamının müəllifi olan Ulu Öndər sözün əsl mənasında Azərbaycanı dünyaya tanıdan Dahi şəxsiyyət oldu. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünya­nın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi.

“İnanıram ki, müstəqil Azərbaycan Respub­likası həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğur­lar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmiş­dir.

Ulu Öndərin əsasını qoyduğu qurtuluş və inkişaf strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə qoyulan möhkəm təməl Azərbaycanı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirlərində tarixi Zəfərə çatdırdı.

Bu gün Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması məhz Milli Qurtuluş ideologiyasının ən böyük təntənəsidir. 15 İyun xalqımızın yaddaşında keçmişin böhranından xilas günü olmaqla yanaşı, həm də güclü, suveren və qalib Azərbaycanın rəsmi başlanğıc nöqtəsidir.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının mühasibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri