Azərbaycan təhsil sistemində bu məsələ müzakirə edilir
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı il sentyabrın 1-dən Rusiyada təhsilin bakalavr pilləsi ləğv edilərək iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil.
Bəs Azərbaycanın ali təhsil sistemində hansısa dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, dünyanın ən qabaqcıl ölkələrində 3 pilləli təhsil sistemi - bakalavriatura, magistratura və doktorantura pilləsi qəbul edilib:
“Bu uyğunluq dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrində oxuyan tələbələrin transfer məsələlərində, "Exchange" layihələrində ( red. tələbə mübadiləsi), təhsilin müxtəlif pillələrini digər ölkələrdə davam etdirmək istəyən tələbələrin transkriptlərinin və kreditlərinin tanınmasında xüsusi önəm daşıyır. Azərbaycan təhsil məkanında bu tipli dəyişikliyin ediləcəyinə inanmıram, olsa da məntiqsiz olardı. Bu uyğunluq hər bir tələbə üçün təhsilin əlçatanlığını, səmərəliliyini və uzunömürlülüyünü təmin edir. Biz nəyinsə adını dəyişmək həvəsində olmamalıyıq, mahiyyətinə və keyfiyyətinə önəm verməliyik”.

Dosent qeyd edib ki, doktorantura pilləsi Azərbaycanda iki mərhələyə bölünüb: fəlsəfə doktorluğu və elmlər doktorluğu mərhələsi. Uzun müddətdir ki, bu məsələnin müzakirəsi gedir, doktorantura pilləsinin də Boloniya prinsiplərinə uyğunlaşdırılması da təhsil mütəxəssislərini düşündürən məqamdır.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Yanvar 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















