Azərbaycan telekanalı Traktor un ÇL oyunlarını yayımlayacaq
Fanat saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirilib.
Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un ÇL-dəki hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.
Qeyd edək ki, bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.

ÇL in oyunlarını yayımlayacaq kanallar
08 Aprel 2025 14:57

