Icma.az
close
up
RU
İki oğlu Qafqaz dağlarında həlak olan Miskin Abdal İmran Verdiyev yazır

İki oğlu Qafqaz dağlarında həlak olan Miskin Abdal İmran Verdiyev yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Mənbələrdən belə məlum olur ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində də fəaliyyət göstərib. Filologiya elmləri doktoru, professor M.Allahmanlının "Səfəvilərin böyük ideoloqu Miskin Abdal" məqaləsində göstərilir ki, "Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür. Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar".

Bəs hadisə harada, hansı şəraitdə və necə baş verib? Onlar "Dağıstan dağlarında" (Qafqaz dağlarında - İ.V.) haradan gəlib, haraya gedirlərmiş?! Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır. Amma gəlin tələsməyək. Əvvəlcə qısaca olaraq əfsanəvi Miskin Abdalı bir daha yada salaq.

1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olmuş, tarixdə "Miskin Abdal" kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, "Qeyb Ərəni", üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində (Qüdsdə) müsəlmanların 2-ci məscidi sayılan "Əl-Əqsa"da böyük sufi mürşidi, övliya, pirani ustad kimi şöhrət tapmış, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, mistik, metafizik qüdrət və kəramət sahibi olmuşdur.  

Şah İsmayıl Xətai hələ uşaq olarkən düşmənləri tərəfindən təqib edildiyi illərdə, məhz Göyçədə ən çox etibar etdiyi Miskin Abdal və onun atası Məhəmməd Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasında yerləşən eyni adlı qalada təqiblərdən gizlədilərək mühafizə edilmiş, ilk tərbiyəsini də Miskin Abdaldan almışdır.

1500-ci ildə Şeyx Heydər oğlu İsmayıl "Qızılbaşlar hərəkatı" çərçivəsində Şimali Azərbaycana yürüş edərkən, Göyçəyə gəlib, Sarıyaqub (Zərgərli) kəndində mürşidi olmuş, bu yerlərdə ən böyük dayağı olan lələsi Seyid Hüseyni - Miskin Abdalı ziyarət etmişdi. 1501-ci ilin sentyabr ayının 24-də Təbrizdə şahlıq şərbətini, məhz Seyid Hüseynin - Miskin Abdalın əlindən alıb içmiş, onun xeyir-duası ilə qırmızı geyinib, şahlıq taxtında əyləşmişdi.

Miskin Abdal Səfəvilər sarayında yüksək dövlət vəzifələrində çalışmışdır. Bir müddət burada şairlər birliyinə də başçılıq etmişdir. Daha sonra diplomatik missiya ilə əlaqədar xaricə (Bağdada, Şama, o cümlədən Osmanlı Türkiyəsinə və s.) ardıcıl səfərlər etmişdir. Bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız qardaş qırğınlarından çəkinməyə çağırmışdır. 1514-cü ildə Çaldıran döyüşündə sərkərdə kimi iştirak etmişdir.

1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət sahibi olmasını, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq etmişdir. Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!"

1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatından bərk sarsılmış və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıtmışdır. Burada məktəb açıb, maarifçilik işləri ilə məşğul olmuşdur. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.

Miskin Abdal təkcə siyasi və diplomatik fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatına çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, misilsiz bədii dəyərə malik gəraylı, qoşma, təcnis, divani, bayatı və deyişmələrin müəllifidir. "Aslan şah və İbrahim", "Yetim Hüseyn" dastanlarının yaradıcısıdır. Yaratdığı aşıq havaları Azərbaycan musiqisinə, aşıq yaradıcılığına misilsiz bəstəkarlıq töhfələri olmaqla, aşıq yaradıcılığını, musiqisini zirvələrə qaldırmışdır.

Hə, indi qayıdaq söhbətimizin məğzinə - yuxarıda qeyd etdiyimiz bədbəxt hadisəyə. Digər mənbələr də M.Abdalın Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində fəaliyyət göstərdiyini təsdiqləyir. Miskin Abdal Axtıda (Doqquzpara) oranın ən böyük yaşayış məntəqəsi Miskinçi kəndində bir müddət yaşamış, irşad fəaliyyəti və çoxsaylı möcüzələr göstərmişdir. Kənd əhalisi Miskin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə keçmişdir. Paytaxtı Axtı olan bu rayonun hazırda Azərbaycanla 62 km. sərhədi vardır. Böyük Qafqaz sıra dağlarından Axtı regionunun ərazisinə əsrlər boyu bir neçə dağ keçidi olub. Bunlardan biri də Oğuz rayonundakı Xaçmaz keçididir, yəni qədim Alban keçidi. Bu keçid Axtıya (Doqquzparaya) ən yaxın keçid hesab olunur.  Tarixi Xaçmaz keçidi adı çəkilən kəndin şimalındakı kiçik Abdallı kəndindən başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Bu aşırımlar Dağıstanla sərhəddə, Baş Qafqaz silsiləsində, dəniz səviyyəsindən çox yüksəkdədir. Sovet dövründə bu keçidlə ora gediş-gəliş çox olardı. Mən həmin keçiddən istifadə edənlərdən bir çoxunu şəxsən tanıyırdım.

Bizcə, Miskin Abdal Dağıstana - Axtı rayonunun Miskinçi kəndinə Xaçmaz (qədim Alban) keçidindən getmişdir. Bu keçid təhlükəli olsa da, Axtıya (Doqquzparaya) ən yaxın keçid hesab olunur.

Əlavə olaraq bildiririk ki, həmin keçid Xaçmaz kəndin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində düz Xaçmaz keçidinin qarşısında yerləşən kiçik Abdallı kəndindən başlayır. Abdallı sakinləri burada insanların məskunlaşmasının qədim tarixə malik olduğunu söyləyirlər. Kənddəki qədim qəbirlər də bunu sübut edir. Araşdırmalardan o da məlum olur ki, Abdallı toponiminin mənşəyi və mənası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr mövcuddur. 

Həmin mülahizələrin birində də toponimi məşhur Miskin Abdalın adı ilə bağlanır, köç yeri olduğu, sonradan kəndə dönüşdüyü qeyd olunur. Şübhəsiz ki, Miskin Abdal kimi yüksək nüfuz sahibi səfərlərə, o cümlədən irşad fəaliyyəti göstərməyə 3-5 nəfərlə yox, xeyli tərəfdarı ilə gedirdi. Yəqin ki, keçid çətin və təhlükəli olduğuna (Miskin Abdal özü də şeirlərinin birində belə söyləyirdi: "Bu dağlar zülm dağlar") görə, onun tərəfdarlarının içərisində olan  yaşlılar, xəstələr, uşaq və qadınlar adını çəkdiyimiz indiki Abdallı kəndinin ərazisində qalaraq, həmin yerdə köç salmışlar. Sonralar həm özləri, həm də yerli camaat bu yeri Miskin Abdalın şərəfinə Abdallı adlandırmışlar (Sonralar kənd əhalisinin bir hissəsi Xaçmaz kəndinə köçmüşdür).

Onu da qeyd edək ki, Xaçmaz kəndində Miskin Abdalın tərəfdarlarının qəbirləri də olub və indiyədək durur. Professor M.Allahmanlının "Kredo" qəzetinin 4 aprel 2019-cu il tarixli sayında dərc olunmuş "Səfəvilərin böyük ideoloqu Miskin Abdal" adlı məqaləsində oxuyuruq: "Miskin Abdalın Oğuz rayonunun Xaçmaz kəndində bir müddət olması, 20-yə qədər tərəfdaşlarının qəbirlərinin də orada olmasını irəli sürənlər var". Bu fikir şair, publisist, folklorşünas, pedaqoq və jurnalist T.Hüseynzadənin 2005-ci (təkrar 2018-ci) ildə çap olunmuş "Miskin Abdal - Qeyri Ərəni, Təsəvvüf Piri" adlı əsərində və digər mənbələrdə də təkrarlanır. Həmin qəbirlərin  arasında M.Abdalın öz soyundan olanların qəbirləri də var. Məsələn, Sarı Abdal və Hacı Mustafa Əfəndi kimilərinin.

Zənn edirik ki, haqqında söhbət gedən həmin bədbəxt hadisə də Miskin Abdal valideynlərinin - anası Növrəstə ilə atası Məhəmməd kişinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskinci kəndindən Xaçmaz keçidi ilə doğma kəndinə   geri qayıdarkən Fiy və ya Malqamud yüksəklilərinin birində baş vermişdir. Miskin Abdal özü də "Dünya, səndə nəyim qaldı" və "Dağlar" qoşmalarında və bir bayatısında həmin bədbəxt hadisənin baş verdiyinə işarə edir:

Nəhs illərdən satın aldın nəhs günü,

Çağırıb dumanı, tökdün çiskini,

Gözü yaşlı qoydun Cüda Miskini,

Eylə gülə-gülə tamaşa, dağlar.

Bu dağlar zülm dağlar,

Kəsilib yolum dağlar,

Hanı o bir cüt balam:

Həsənim, Əlim, dağlar?!

Mənbələrdə uşaqların olüm səbəbi olaraq tufan, donvurma və qayadan yıxılmaq qeyd olunur. Filologiya elmləri namizədi H.İsmayılovun 2001-ci ildə "Səda" nəşriyyatında çap olunmuş "Miskin Abdal" kitabına ön sözdə yazdığına görə, uşaqlar (Həsən və Əli) donvurmadan həlak olmuş və həmin yerdə də dəfn olunmuşlar.

Çətinliklə Abdallıya - köç yerinə gəlib çatan Miskin Abdal burdakı tərəfdaşlarının bir qismi ilə tələsik valideynlərinin yasına - öz kəndinə (Sarıyaquba) yola düşür. Tərəfdarlarının bir hissəsi isə burda - Abdallıda qalıb daimi olaraq məskunlaşır və yerli əhali ilə qaynayıb qarışır. 

Səfəvillərin böyük ideoloqu Miskin Abdalın bir müddət Xaçmazda yaşaması, onun soyundan olanların və tərəfdaşlarının 20 nəfərə qədərinin qəbirlərinin hələ də həmin kənddə qalması, burdakı Abdallı toponiminin onun adı ilə bağlanması barədə dolaşan rəvayətlər və həmin kəndin Xaçmaz keçidinin qarşısında yerləşməsi, buradan Dağıstana - Axtıya ən yaxın keçidin Abdallıdan başlayan Xaçmaz keçidinin (qədim Alban keçidi) olması, Miskin Abdalın 2 oğlunun dağlarda həlak olması haqqında Xaçmaz və Abdallı kəndlərinin yaşlı insanlarının (əcdadlarından eşitdikləri) söylədikləri də bizim ehtimallara haqq qazandıra bilər.

Sonda bir daha qeyd edirik ki, əlbəttə, bunlar bizim şəxsi fikir, düşüncə və qənaətlərimizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see164

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see140

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see136

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see129

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see118

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri