Icma.az
close
up
RU
Azərbaycan Türk Ocağının fəaliyyət sferası genişlənir FOTOLAR

Azərbaycan Türk Ocağının fəaliyyət sferası genişlənir FOTOLAR

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Təşkilatın 11 nəfərdən ibarət idarə heyəti və yeni icra strukturu yaradılıb   


Dünən "Şərq" qəzetinin redaksiyasında Azərbaycan Türk Ocaqları İctimai Birliyinin növbəti toplantısı keçirilib. Tədbirdə Azərbaycan Türk Ocaqları İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, tarixçi-alim, DİA Tarix kafedrasının müdiri Firdovsiyyə Əhəmədova, ədəbiyyatşünas, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, tarix üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, “Zəfər” liseyinin baş icraçı direktor Tural Abasquliyev, tanınmış siyasi şərhçi Həşim Səhrablı, ictimai fəal Ramin Qulusoy və digər qonaqlar iştirak ediblər. 



İclasda Azərbaycan Türk Ocaqları İctimai Birliyinin İdarə Heyəti yenidən formalaşdırılıb. Təşkilatın fəaliyyətini əks etdirən ümumi hesabat iştirakçıların nəzərinə çatdırılıb. Türk Ocaqlarının gördüyü maarifçi işlər, təşkil etdiyi çoxsaylı tədbirlər sadalanıb. Əsasən, təşkilatın gələcək fəaliyyət planı geniş müzakirə olunaraq, önəmli konfransların keçirilməsi, bir sıra işlərin görülməsi ilə bağlı mühüm qərarlar alınıb. İdarə Heyətinin üzvlərinin təkliflərlə çıxış etməsi və mütəmadi bir araya gələrək müzakirələr aparması barədə də razılıq əldə olunub.


Azərbaycan Türk Ocaqları İctimai Birliyinin sədri Akif Aşırlı 2019-cu ildə bərpa konfransının keçirildiyini deyib. A.Aşırlı bildirib ki, Azərbaycan Türk Ocaqlarının bərpaçılarından iki nəfər - Qənirə Paşayeva və İrfan Çiftçi dünyasını dəyişib. Birlik rəhbəri təşkilatın təsis edildiyi gündən etibarən çox önəmli tədbirlər keçirildiyini söyləyib: "Həm Türkiyə-Azərbaycan münasibətlərinə dair hər iki ölkədə konfranslar keçirmişik. Bir çoxu da beynəlxalq konfranslar olub. Tarixi şəxsiyyətlərin yubileylərinə həsr olunmuş tədbirlər təşkil etmişik, önəmli günlərlə bağlı bəyanatlar vermişik. Ancaq hesab edirik ki, daha çevik bir struktura ehtiyac var. Ona görə də Azərbaycan Türk Ocaqları İctimai Birliyinin İdarə Heyətində dəyişiklik etmək, yeni üzvlər qəbul etmək qərarına gəldik. Qeyd edim ki, üzvlərimizin sayı 62 nəfərdir. Bizim fəxri başqanımız Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadədir. M.Ə.Rəsulzadə Azərbaycan Türk Ocaqlarının fikrən qurucularından biri olub, Ocaqda fəaliyyət göstərib. İdarə Heyətinin üzvləri - Akif Aşırlı, Yusif Nəzərli, Firdovsiyyə Əhmədova, Bədirxan Əhmədov, Ülkər Talıbzadə, Almaz Ülvi Binnətova, Sevinc Əliyeva, Tural Abbasquliyev, Ramil Qulusoy, Həşim Səhrablıdır. 11 nəfər İdarə Heyətinin üzvü var. Onlardan iki nəfər Yusif Nəzərli və Tural Abasquliyev başqan yardımçısı kimi fəaliyyət göstərəcəklər". 


A.Aşırlı ötən müddət ərzində görülən işlərdən danışıb: 

"2024-cü ilin 25 yanvarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirmişik. Mart ayında Türk Dövlətləri Parlament Assambleyası ilə birlikdə Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümünə həsr olunmuş konfrans təşkil etmişik. Fevralın 24-də İstanbul liseyində Əli bəy Hüseynzadənin 160 illik yubileyini keçirtdik. İstanbul və Ankarada Ziya Göyalpın vəfatının 100 illiyinə həsr olunmuş “Ziya Göyalp və Türk Dünyası” adlı beynəlxalq elmi Simpozium keçirtdik. Yenə İstanbul və Ankarada Sürəyya Ağaoğlu ilə bağlı konfrans keçirmişik. Mayın 13-də Azərbaycan Türk Ocaqları adından Sosial Tədqiqatlar Mərkəzində keçirilən "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" adlı elmi konfransda iştirak etmişəm". 


Azərbaycan Türk Ocaqlarının sədri 2025-ci ildə görülməsi nəzərdə tutulan, planlaşdırılan işlərdən də bəhs edib:

 "Növbəti planımız "Türk Yurdu" dərgisinin Azərbaycan versiyasını nəşr etdirməkdir. Adı "Türk Yurdu Azərbaycan" olacaq. Sosial şəbəkələrdə hesablarımız olsa da, saytımız yoxdur. Ayrıca sayt qurmağı düşünürük. Üzeyir bəy Hacıbəylinin 140 illiyi, Fətəli xan Xoyskinin 150 illiyi, o cümlədən Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı konfranslar təşkil etmək istəyirik. Bu ilin martında mərhum millət vəkilimiz Qənirə Paşayevanın 50 illiyi olacaq. Onunla bağlı tədbir keçirməyi düşünürük. Aprel ayında Mirzə Hüseyn Qayıbovun 195 illiyi ilə bağlı konfrans təşkil etməyi planlaşdırırıq. Mirzə Hüseyn Qayıbov sadəcə ruhani obrazında yox, bir maarifçi obrazında idi. Məktəblər açıq, qız məktəblərinə dəstək verib, qəzetlərə məqalə yazıb. Hazırda bizim üçün belə ruhani obrazı çox önəmlidir".


"Zəfər" liseyinin baş icraçı direktoru Tural Abasquliyev Türk Ocaqlarının inkişafının iki xəttini gördüyünü deyib. Onun sözlərinə görə, Türk Ocaqlarının özünün xarakteristikası var: 


"Tarix boyu Türk Ocaqları hər zaman bir akademik məkan olub, alimlərin cəmləşdiyi, daim fikir, ideya istehsal edilən bir mərkəz olub. O dövrdə fikir mənbələrinə çıxış məhdud idi. Fikir adamları bir yerə yığılıb, ortaya fikir qoyur və onun təbliği ilə məşğul olurdular. Həmin dövrdə sosial şəbəkələr olsaydı, fəaliyyət başqa istiqamətdə olardı. Türk Ocaqlarının mahiyyətində duran əsas faktor türk kimliyini, turançılığını yaratmaq olub. İndi bizim missiyamız yaradılmış fikri geniş auditoriyaya çatdırmaq olmalıdır. Akademik fəaliyyət, konfranslar, tədbirlər önəmlidir, amma ikinci mühüm yol təbliğatdır. Əli bəy Hüseynzadənin konsepsiya var. Türk Ocaqlarının konsepsiyası da ona uyğundur. Orada 3 yol göstərilir. Birinci yol maarifçilik, ikinci yol birlik, üçüncü yol isə hürriyyətdir. Maarifçilik təbliğatçılıq deməkdir. Təklifim odur ki, biz də maarifçilik işini davam etdirməliyik. Sosial şəbəkə fəaliyyətimizi gücləndirməliyik. Gəncləri bu işə cəlb etmək lazımdır. Təbliğat işimiz ancaq jurnal, sayt və sosial şəbəkələr ola bilər. Ziyalıların gənclərlə görüşünü təşkil etmək lazımdır. Ən azından ayda bir dəfə bunu etməliyik. Türk Ocaqlarının gənclər təşkilatı da yaradılmalıdır. Türk Ocağında bir cazibə mərkəzi, insanların mənəvi, sosial ehtiyaclarının təmin edildiyi bir yer yaratmalıyıq. Önəmli günlərdə ziyarətlər təşkil etməliyik". 


Tarixçi-alim Firdovsiyyə Əhmədova deyib ki, Türk Ocaqları yarananda missiyası tamam fərqli idi. Alimin sözlərinə görə, ümmətçilikdən millətçiliyə keçid gedən bir vaxtda insanlar milli kimliklərini dərk etmirdilər:

 "Sovet dönəmində tamam əks proses getdi. İndi biz hələ türklüyə qayıdış dönəmini başa çatdırmamışıq. Nəzərə alaq ki, bu iş XX yüzilliyin əvvəllərində daha asan idi. Çünki ümumi müsəlman kimliyi var idi. Əli bəy Hüseynzadənin 3 konsepsiyanı həyata keçirməyin yolu mətbuatdan, milli məktəblərdən və bir də teatrdan keçirdi. Ona görə həmin qolu da inkişaf etdirmək lazımdır. Həmçinin, məktəblərlə iş aparılmalıdır. Ziyalılarla gənclərin görüşü də mühümdür. Çünki o dövrdə M.Ə.Rəsulzadə və başqaları Türk Ocaqlarında mühazirələr oxuyurdular. Yəni bəzi ənənələri davam etdirmək olar. Ancaq indiki yeni texnologiyalardan da faydalanmaq lazımdır. Tarixi şəxsiyyətlərlə bağlı tədbirlər təşkil edərkən təkcə Azərbaycanla məhdudlaşmamalıyıq. Bizim Türk Dövlətləri Təşkilatımız var. Türk dünyasının ünlü isimləri ilə bağlı da konfranslar təşkil etməliyik. XX əsrin əvvəllərində ziyalılarımız Azərbaycan adına nə qədər geniş əlaqələr qurublar. Bir məqamı da gündəmə gətirmək istəyərdim. Azərbaycan Türk Ocaqları hələlik sadəcə Bakıdadır. Yaxşı olar ki, bölgələrdə, regionlarda da şöbələrimiz, təmsilçilərimiz olsun, fəaliyyət göstərsinlər". 



 

Siyasi şərhçi Həşim Səhrablı qeyd edib ki, bizə vaxt milli adamları tapmaq üçün yox, əvvəlcə özümüzü göstərmək üçün lazımdır: 

"Bizə vaxt özümüzü göstərərək onların bizi tapması üçün lazımdır. Burada bir fikir, milliyətçilik ruhu var. Bu ruh təkcə Azərbaycana deyil, cənuba da yayılmalıdır, bütün Turan coğrafiyasını əhatə etməlidir. Bizim enerjimizi sərf edəcəyimiz məsələ insan tapmaq yox, yetişən insanları işimizə cəlb etməkdir. Əvvəlcə özümüz ümid işığını yandırmalıyıq ki, ətrafdakılar həmin işığa gəlsinlər. O işığı yandıra bilməsək, minlərlə adam tapsaq belə, onları öz tərəfimizə çəkə bilməyəcəyik. Yüz il öncəyə, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun yazılarına baxaq. Fransada yeni çıxan bir cərəyanı fransızların özü mənimsəyə bilmədiyi halda Ağaoğlu artıq ondan çıxış edirdi. Yəni bu, ekstra bir dünyagörüşüdür. Milliyətçilik ideyasının doğumu Qərb fəlsəfəsindən başlayır. Bir də baxırıq ki, Əli bəy Hüseynzadə artıq elə bir mövqedən çıxış etməyə başlayır ki, avropalılar özləri də müəyyən nöqtədə həsəd aparırlar. Çünki özləri həmin nəzəriyyəni inkişaf etdirməyə fürsət tapmayıblar. Demək istəyirəm ki, bəzi işləri görmək üçün böyük fədakarlara və böyük düşüncələrə ehtiyac var".

Tədbir çərçivəsində Azərbaycan Türk Ocaqlarının sıralarına qoşulanlara üzvlük vəsiqələri də təqdim olunub. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri