Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Pakistan: mənəvi siyasi birlikdən geostrateji güc mərkəzinə Millət vəkili yazır

Azərbaycan Türkiyə Pakistan: mənəvi siyasi birlikdən geostrateji güc mərkəzinə Millət vəkili yazır

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

28 May – Müstəqillik Günü münasibətilə Laçın şəhərində keçirilən təntənəli tədbirlər üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistan arasında həmrəylik, dostluq və strateji tərəfdaşlığın parlaq təzahürü kimi dünyanın diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər bu mühüm səfərin siyasi və mənəvi əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünün bərpası şəraitində müstəqilliyin bu torpaqlarda yüksək səviyyədə qeyd olunması dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. Dövlətimizin başçısı çıxışında həm regional geosiyasi reallıqlara, həm də ölkənin daxili və xarici siyasət gündəliyində mühüm yer tutan məsələlərə qətiyyətli və prinsipial mövqedən yanaşaraq milli maraqlara əsaslanan mesajlar verdi.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan–Türkiyə–Pakistan liderlərinin Zirvə görüşü həmrəylik və qarşılıqlı etimada əsaslanan üçtərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir:

"Bu formatda yüksək səviyyəli görüşün məhz Laçında keçirilməsi Azərbaycanın suverenliyinə göstərilən hörmətin ifadəsidir. Zirvə görüşündə səslənən mesajlar bir daha nümayiş etdirir ki, üç dost ölkə ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən münasibətlərini daha da gücləndirmək əzmindədir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Azərbaycan uzun və çətin bir yol keçərək, ədalətsizliyə və ikili standartlara sinə gərərək öz gücünə arxalanmış, beləliklə torpaqlarını işğaldan azad etməyə müvəffəq olmuşdur. Ölkəmizin iqtisadi potensialı, hərbi qüdrəti və milli iradəsi bu tarixi qələbəni təmin etmişdir. Bu gün isə artıq Böyük Qayıdışın təntənəsi yaşanır, azad edilmiş ərazilərdə həyat yenidən canlanır.

Ölkəmizin haqq işinə dost və qardaş dövlətlərin verdiyi dəstək hər zaman xüsusi əhəmiyyət kəsb etmişdir. Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın nümayiş etdirdiyi qətiyyətli mövqe, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının qorunması istiqamətində səsləndirilən açıq və prinsipial bəyanatlar beynəlxalq ictimaiyyətə mühüm siyasi mesaj olmuşdur. Postmünaqişə dövründə də bu dost dövlətlərin ölkəmizin yanında yer alması, birgə layihələr və siyasi dialoqun dərinləşməsi dostluğun və qarşılıqlı inamın davamlı əsaslar üzərində qurulduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri gələcəyə yönələn strateji çağırış idi. Bu amillər həm Azərbaycanın milli maraqları, həm də regional əməkdaşlıq və qlobal tərəfdaşlıq çərçivəsindəki məqsədlərlə səsləşir. Xüsusilə Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli artıq regional sabitlik və rifahın təmin olunmasında dayanıqlı və etibarlı bir platformaya çevrilib. Artıq bu tərəfdaşlıq iqtisadiyyat, nəqliyyat, enerji və müdafiə kimi mühüm sahələri əhatə edən konkret layihələrlə genişlənməkdədir.

Laçında keçirilən Zirvə görüşü siyasi iradənin, qardaşlığın və güclü tərəfdaşlığın parlaq təzahürüdür. Azərbaycan öz tarixi missiyasını qətiyyətlə həyata keçirir, dost və tərəfdaş ölkələrlə birlikdə sabit və ədalətli gələcək qurmaq yolunda inamla irəliləyir. Laçında nümayiş olunan birlik həm də regionda yeni geosiyasi reallıqların və güvən əsaslı əməkdaşlığın təməlini möhkəmləndirir. Bu cür platformalar, eyni zamanda, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə və uzunmüddətli strateji məqsədlərin gerçəkləşməsinə xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək”.

Azərbaycan, Türkiyə və Pakistan bu gün parlaq gələcəyə doğru inamla addımlayırlar. Onların nümayiş etdirdiyi ortaq dəyərlər və strateji baxış gələcək nəsillərin inkişaf yolunu müəyyən edən əsas istiqamətləri formalaşdırır. Bu möhkəm həmrəylik və çoxşaxəli tərəfdaşlıq modeli regional sülhün, rifahın və qarşılıqlı inamın dayanıqlı təminatçısına çevrilib".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri