Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Pakistan: mənəvi siyasi birlikdən geostrateji güc mərkəzinə

Azərbaycan Türkiyə Pakistan: mənəvi siyasi birlikdən geostrateji güc mərkəzinə

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

28 May – Müstəqillik Günü münasibətilə Laçın şəhərində keçirilən təntənəli tədbirlər üç qardaş ölkə - Azərbaycan, Türkiyə və Pakistan arasında həmrəylik, dostluq və strateji tərəfdaşlığın parlaq təzahürü kimi dünyanın diqqət mərkəzində oldu.

Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər bu mühüm səfərin siyasi və mənəvi əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünün bərpası şəraitində müstəqilliyin bu torpaqlarda yüksək səviyyədə qeyd olunması dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. Dövlətimizin başçısı çıxışında həm regional geosiyasi reallıqlara, həm də ölkənin daxili və xarici siyasət gündəliyində mühüm yer tutan məsələlərə qətiyyətli və prinsipial mövqedən yanaşaraq milli maraqlara əsaslanan mesajlar verdi.
Azərbaycan–Türkiyə–Pakistan liderlərinin Zirvə görüşü həmrəylik və qarşılıqlı etimada əsaslanan üçtərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu formatda yüksək səviyyəli görüşün məhz Laçında keçirilməsi Azərbaycanın suverenliyinə göstərilən hörmətin ifadəsidir. Zirvə görüşündə səslənən mesajlar bir daha nümayiş etdirir ki, üç dost ölkə ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən münasibətlərini daha da gücləndirmək əzmindədir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Azərbaycan uzun və çətin bir yol keçərək, ədalətsizliyə və ikili standartlara sinə gərərək öz gücünə arxalanmış, beləliklə torpaqlarını işğaldan azad etməyə müvəffəq olmuşdur. Ölkəmizin iqtisadi potensialı, hərbi qüdrəti və milli iradəsi bu tarixi qələbəni təmin etmişdir. Bu gün isə artıq Böyük Qayıdışın təntənəsi yaşanır, azad edilmiş ərazilərdə həyat yenidən canlanır.
Ölkəmizin haqq işinə dost və qardaş dövlətlərin verdiyi dəstək hər zaman xüsusi əhəmiyyət kəsb etmişdir. Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın nümayiş etdirdiyi qətiyyətli mövqe, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının qorunması istiqamətində səsləndirilən açıq və prinsipial bəyanatlar beynəlxalq ictimaiyyətə mühüm siyasi mesaj olmuşdur. Postmünaqişə dövründə də bu dost dövlətlərin ölkəmizin yanında yer alması, birgə layihələr və siyasi dialoqun dərinləşməsi dostluğun və qarşılıqlı inamın davamlı əsaslar üzərində qurulduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri gələcəyə yönələn strateji çağırış idi. Bu amillər həm Azərbaycanın milli maraqları, həm də regional əməkdaşlıq və qlobal tərəfdaşlıq çərçivəsindəki məqsədlərlə səsləşir. Xüsusilə Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli artıq regional sabitlik və rifahın təmin olunmasında dayanıqlı və etibarlı bir platformaya çevrilib. Artıq bu tərəfdaşlıq iqtisadiyyat, nəqliyyat, enerji və müdafiə kimi mühüm sahələri əhatə edən konkret layihələrlə genişlənməkdədir.
Laçında keçirilən Zirvə görüşü siyasi iradənin, qardaşlığın və güclü tərəfdaşlığın parlaq təzahürüdür. Azərbaycan öz tarixi missiyasını qətiyyətlə həyata keçirir, dost və tərəfdaş ölkələrlə birlikdə sabit və ədalətli gələcək qurmaq yolunda inamla irəliləyir. Laçında nümayiş olunan birlik həm də regionda yeni geosiyasi reallıqların və güvən əsaslı əməkdaşlığın təməlini möhkəmləndirir. Bu cür platformalar, eyni zamanda, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə və uzunmüddətli strateji məqsədlərin gerçəkləşməsinə xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək”.
Azərbaycan, Türkiyə və Pakistan bu gün parlaq gələcəyə doğru inamla addımlayırlar. Onların nümayiş etdirdiyi ortaq dəyərlər və strateji baxış gələcək nəsillərin inkişaf yolunu müəyyən edən əsas istiqamətləri formalaşdırır. Bu möhkəm həmrəylik və çoxşaxəli tərəfdaşlıq modeli regional sülhün, rifahın və qarşılıqlı inamın dayanıqlı təminatçısına çevrilib.

Asif Əsgərov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri