Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan münasibətləri xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib Millət vəkili

Azərbaycan, Türkiyə və Pakistan münasibətləri xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib Millət vəkili

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Müasir geosiyasi reallıqlar fonunda regional əməkdaşlıq və strateji tərəfdaşlıqlar qlobal güc balansının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Pakistan kimi ortaq tarixə, mədəniyyətə, dinə və ideoloji dəyərlərə malik olan qardaş dövlətlər bu baxımdan unikaldır. Bu ölkələrin əməkdaşlığı təkcə coğrafi yaxınlıq və diplomatik münasibətlər çərçivəsində deyil, həm də xalqların tarixi bağlılığı və strateji hədəfləri ilə müəyyən olunur. Bu baxımdan 28 May tarixində Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü bu baxımdan mühüm dönüş nöqtəsi oldu.


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini  Günay Ağamalı da “Sherg.az”a açıqlamasında qeyd edib ki,  Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik qardaş dövlətlər olaraq, bu gün də birgə strateji xətt üzrə uğurla irəliləyirlər. Bu əməkdaşlıq sadəcə diplomatik müstəvidə deyil, eyni zamanda iqtisadi, hərbi və mədəni sahələri də əhatə edir. Laçın şəhərində baş tutan üçtərəfli Zirvə görüşü bu qardaşlığın daha da möhkəmləndirilməsinə və beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət edir: 


“Azərbaycan, Türkiyə və Pakistan  tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik olan qardaş dövlətlərdir. Ölkələrimiz arasında mövcud əlverişli siyasi mühit dinamikliyi və interaktivliyi ilə seçilir. 

İşğaldan azad olunmuş Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü Bakı, Ankara və İslamabad arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və bu əməkdaşlığın beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.

Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə cari əməkdaşlıq sahələri ilə kifayətlənmədi. Hər üç liderin fikirləri və baxışları olduqca geniş və əhatəli idi. Xüsusilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının yalnız diplomatik və iqtisadi əsaslarla deyil, eyni zamanda mədəni və ideoloji müttəfiq olduqlarını təsdiq etdi. Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan ötən müddət ərzində Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi əsasında birgə həyata keçirdiyimiz enerji layihələri iki ölkənin iqtisadi tərəqqisinə töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilib. 

Bununla yanaşı, rəsmi Bakı Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində investisiya yatırmaq niyyətini bəyan edib ki, bu da qardaş ölkənin inkişafına təkan verəcəkdir. Artıq tərəflər arasında konkret investisiya layihələri üzərində işlər gedir.  Həmçinin ölkələrimiz arasında hərbi əlaqələr müasir müharibə metodikalarının tələbi çərçivəsində birgə keçirilən hərbi təlimlərlə daha da dərinləşir. Qardaş Türkiyə və Pakistanın müdafiə sənayesinə məxsus qabaqcıl və yüksək texnologiyalı hərbi məhsullar Silahlı Qüvvələrimizin inventarına daxil edilərək, ordu quruculuğu və müdafiə qabiliyyətimizin gücləndirilməsində mühüm rol oynayır. Üç qardaş ölkə yalnız siyasi, iqtisadi və hərbi sahədə deyil, mədəniyyət, elm və təhsil sahələrində də uğurlu tərəfdaşlıq modeli formalaşdırıblar.  Universitetlər arasında mübadilə proqramları, mədəni tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənmişdir. Çünki bu bağlar qanla, canla, tarixlə və sədaqətlə yazılıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri