Azərbaycan Türkiyəyə başsağlığı verdi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan tərəfi Isparta vilayətində təlim uçuşu zamanı "UH-1" helikopterinin qəzaya uğraması nəticəsində altı hərbçinin həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və qurumun rəhbəri Ceyhun Bayramovun sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin Isparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbir diləyirik", - deyə nazirin "X" hesabında bildirilib.
"Qardaş Türkiyənin Isparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk", - deyə XİN-in paylaşımında qeyd edilib.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















