Icma.az
close
up
RU
“ETSN nümayəndələri ÜMT Konqresinin Fövqəladə Sessiyasında iştirak edib

“ETSN nümayəndələri ÜMT Konqresinin Fövqəladə Sessiyasında iştirak edib

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumdünya Meteorologiya Təşkilatının “İqlim üçün Elm”  fəaliyyətinin 75 illiyinə həsr olunmuş  Konqresin Fövqəladə Sessiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mutəxəssisləri iştirak edib. 

Konqres çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən “Hər kəs üçün Erkən Xəbərdarlıq” (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib

Tədbirdə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Selesta Saulo, İsveçrə Federal Şurasının üzvü Elizabet Baume-Şnayder və Mozambik Respublikasının Prezidenti açılış nitqi ilə çıxış ediblər.

Yüksək səviyyəli tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ölkədə keçirilən COP29-un uğurlu nəticələri, o cümlədən qəbul edilən Bakı Adaptasiya Yol Xəritəsinin və COP29-da razılaşdırılmış yeni maliyyə hədəfi barədə ətraflı məlumat verib, bunun həssas ölkələrdə effektiv adaptasiya tədbiri olan erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün onların zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayacağını qeyd edib.

U.Tağıyeva, həmçinin Xəzər dənizinin dayazlaşması kimi ekoloji böhrana hələ də ehtiyac duyulduğu qədər və ya layiq olduğu qlobal diqqətin ayrılmadığını Konqres iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, ölkəmizdə dövlət investisiyaları çərçivəsində son 5 ildə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, modernizasiya tədbirləri sayəsində avtomatlaşdırılmış müşahidə sistemlərinin 73%-ə çartırılması barədə məlumatlar verib, 2027-ci ilədək olan hədəflərdən, həmçinin erkən xəbərdarlıq sahəsində Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıqdan bəhs edib.

2026-cı ildə Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna Azərbaycanın ev sahibliyi edəcəyi qeyd edilib, ölkəmizin  beynəlxalq ictimaiyyətlə bu sahədə əməkdaşlığa hazır olduğu bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri