Icma.az
close
up
RU
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir

Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Universitetində Qazaxıstanın Almatı Menecment Universitetinin (AlmaU) rəhbərliyi ilə işgüzar görüş keçirilib. Görüşdə Almatı Menecment Universitetinin prezidenti Assylbek Kozhakhmetov, Biznes üzrə Magistratura Məktəbinin (Graduate School of Business) dekanı Ksenia Yuzhaninova - Karadenizli, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında 2018-ci ildə imzalanmış memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni istiqamətlər, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinin intensivləşdirilməsi, MBA proqramı üzrə əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ali təhsilin qlobal çağırışlara cavab yolları, təhsil proqramlarının beynəlxalq akkreditasiyası kimi məsələlər də diqqət mərkəzində olub.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yerləşən universitet regionun biznes və idarəetmə təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biridir. 35 ildən artıq zəngin fəaliyyət tarixinə malik Almatı Menecment Universiteti postsovet məkanında biznes təhsilinin inkişafında pioner rolu oynayıb. Qazaxıstanda yaradılmış ilk biznes məktəbi kimi tanınır və ölkədə sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfələr verib. Biznes, idarəetmə, iqtisadiyyat və sahibkarlıq kimi sahələrdə geniş təhsil proqramları həyata keçirən universitet Qazaxıstanda MBA (Master of Business Administration) və DBA (Doctor of Business Administration) proqramlarını tətbiq edən ilk ali təhsil müəssisələrindən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri