Azərbaycan Universitetinin tələbələri görkəmli şair Vaqif Bəhmənli ilə görüşdə iştirak ediblər FOTOLAR
Icma.az, Mia.az saytına istinadən bildirir.
1 may 2025-ci il tarixində Azərbaycan Universitetinin təcrübəçi tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair, yazıçı və publisist Vaqif Bəhmənli ilə görüşdə iştirak ediblər.
Mia.az xəbər verr ki, tədbir “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Görüşdə Azərbaycan Universitetinin “Ulduz” jurnalında təcrübə keçən tələbələri iştirak ediblər. Ədəbi mühitlə yaxından tanışlıq və yaradıcı şəxslərlə birbaşa ünsiyyət məqsədi daşıyan bu görüş tələbələrin həm nəzəri, həm də praktik biliklərini artırmaq baxımından əhəmiyyətli olub.
Tədbir zamanı Vaqif Bəhmənli öz yaradıcılıq yolundan, müasir ədəbiyyatdakı tendensiyalardan və gənc yazarların qarşısında duran vəzifələrdən bəhs edib. Tələbələrin çoxsaylı suallarını cavablandıran şair onların yaradıcılıqla bağlı fikirlərini dinləyib, dəyərli məsləhətlər verib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs gənclərin ədəbi fəaliyyətə təşviqi və yazı mədəniyyətinin formalaşdırılmasında bu cür tədbirlərin rolunu vurğulayıb. O, Azərbaycan Universiteti ilə yaradılmış əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Sonda tələbələrə Vaqif Bəhmənlinin kitabları hədiyyə olunub, xatirə şəkilləri çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 01 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















