Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Bakıda Argentina Mədəniyyəti Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Argentinanın zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi, rəqs sənəti və milli mətbəxi nümayiş etdirilib.
Azərbaycan və Argentina arasında mədəni əlaqələrin inkişafına töhfə verən tədbir çərçivəsində qonaqlara bu Cənubi Amerika ölkəsinin mədəni irsini yaxından tanımaq imkanı yaradılıb.
Tədbirin bədii hissəsində Argentina mədəniyyətinin ayrılmaz parçası olan tanqo rəqsi təqdim edilib. Rəqs nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Proqram çərçivəsində rəssam İsmayıl Cabbarovun rəhbərlik etdiyi İncəsənət Məktəbinin şagirdlərinin əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Argentina ədəbiyyatının tanınmış yazıçı və şairlərinin portretləri, eləcə də onların əsərlərinə çəkilmiş illüstrasiyalar nümayiş etdirilib.
Tədbirdə Argentinanın milli adət-ənənələrinə də xüsusi yer ayrılıb. İştirakçılara ölkənin gündəlik həyatında və mədəniyyətində mühüm yer tutan ənənəvi mate çayının hazırlanması və təqdim olunması mərasimi nümayiş etdirilib. Qonaqlar həmçinin Argentina milli mətbəxinin müxtəlif təamlarını dadmaq imkanı əldə ediblər.
Ədəbi-mədəni proqramın diqqətçəkən məqamlarından biri də Argentina müəlliflərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı olub. Bir sıra argentinalı yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edən peşəkar tərcüməçi Aytən Əliyeva tədbir iştirakçıları ilə görüşərək həmin kitabların nüsxələrini imzalayıb.
Argentina mədəniyyətinin müxtəlif istiqamətlərini bir araya gətirən tədbir iştirakçılara ölkənin ədəbi və bədii irsi, milli ənənələri və qastronomiyası ilə tanış olmaq imkanı yaradıb.
Baxış sayı:76
Bu xəbər 14 Noyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















