Icma.az
close
up
RU
Azərbaycan və Albaniya arasında media sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Albaniya arasında media sahəsində Anlaşma Memorandumu imzalanıb

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyində (MEDİA) Albaniyanın Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

MEDİA-dan Missiya.Az-a bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.

Daha sonra Azərbaycanın Albaniyada fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://missiya.az
archiveBu xəbər 13 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri