Icma.az
close
up
RU
Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb AZƏRTAC

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 noyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-dən Çex Respublikasının paytaxtı Praqa şəhərində işgüzar səfərdədir. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, qabaqcıl təcrübələri öyrənmək, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Səfər çərçivəsində agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ilə Çex Respublikasının Baş nazirinin müavini, ölkənin səhiyyə naziri Vlastimil Valek İTSDA və Çex Respublikasının Səhiyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu imzalayıblar.

Tədbirdə Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.

Memorandumun məqsədi İTSDA ilə Çex Respublikasının Səhiyyə Nazirliyi arasında icbari tibbi sığorta sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə və məlumat mübadiləsi aparmaq, habelə birgə layihələr və fəaliyyətlər vasitəsilə hər iki ölkənin səhiyyə sistemlərinin inkişafına töhfə verməkdir.

Eyni zamanda, nümayəndə heyəti nazirliyin qanunvericilik və hüquq üzrə baş direktoru Radek Policar ilə görüş keçirərək əməkdaşlıq perspektivlərini və səhiyyə sahəsində müvafiq mövzuları müzakirə edib. Nazirliyin nümayəndəsi Tomas Tvarozek Çex Respublikasının tibbi sığorta sistemi barədə ətraflı məlumat verərək sistemin əsas prinsiplərini, beynəlxalq və Avropa qanunvericiliyi ilə əlaqələrini, sığortahaqları, sığortaolunanların hüquq və vəzifələrini, tibbi xidmətlərin maliyyələşdirilməsi prinsiplərini Azərbaycan nümayəndə heyəti ilə bölüşüb.

Çex Respublikasının Səhiyyə Məlumat və Statistika İnstitutunun nümayəndəsi Ondrej Majek tərəfindən “Onkoloji Skrininq Proqramları” mövzusunda mühazirə təqdim edilib. Bu mühazirədə onkoloji xəstəliklərin erkən aşkar olunması, skrininq proqramlarının rolu və tətbiqi metodologiyaları ətrafında geniş müzakirələr aparılıb.

Nümayəndə heyəti Motol Xəstəxanasını və IKEM (Klinik və Eksperimental Tibb İnstitutu) Xəstəxanasını ziyarət edib. Burada Təcili tibbi yardım şöbəsinin işi ilə tanış olunub, tibb müəssisələrində yüksək texnologiyalı tibbi xidmətlərin təşkili, idarəetmə modelləri və qabaqcıl tibbi avadanlıqlarla təmin olunma prosesinin müzakirəsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Çex Respublikasına səfəri noyabrın 28-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri