Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan sərhədi şimaldan cənuba: Sülh sazişi yaxınlaşır?

Azərbaycan və Ermənistan sərhədi şimaldan cənuba: Sülh sazişi yaxınlaşır?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyalarının növbəti görüşü, təbii ki, müsbət qiymətləndirilməlidir. Çünki sülh sazişinin əldə olunması ilə bağlı belə görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, bu günə qədər keçirilən görüşlərin nəticəsi olaraq Azərbaycanın dörd kəndi geri qaytarılıb, eyni zamanda, həmin ərazilərdə delimitasiya və demarkasiya işləri start götürüb ki, bütün bunlar müsbət hal kimi qiymətləndirilməlidir:

"Son görüşdən gəlinən razılığa əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsi ərazisində Azərbaycan-Ermənistan-İran sərhədinə qədər mərhələli şəkildə bu prosesin başlanması ilə bağlı razılığa gəlinib ki, bu da mühüm amildir".

"Lakin bu günə qədər bu prosesin ləngiməsinə Ermənistan səbəb olub və elə hesab edirəm ki, biz yaxın gələcəkdə də bu proseslə bağlı praktiki olaraq yeni ərazilərdə müəyyən fəaliyyətlərin həyata keçirildiyini görə bilərik. Bu da Ermənistanın növbəti riyakarlığı kimi qiymətləndirilməlidir.

Belə hesab edirəm ki, Ermənistanın bu günlərdə də əldə olunan razılığın ləngidilməsi və prosesə kənar müdaxilələrin olması üçün müəyyən riyakarlıqlarını izləyə bilərik. Çünki bu ölkənin üzərinə götürdüyü bir çox öhdəliklər var ki, onları yerinə yetirmədiyini, müxtəlif bəhanələr gətirərək prosesdən boyun qaçırdığını öncə də müşahidə etmişik və edirik. Lakin belə fəndlər ilk növbədə Ermənistanın özü üçün yaxşı nəticələr verməyəcək. Çünki bu günə qədər İrəvanın nə qədər riyakar fəaliyyəti olubsa, həmin fəaliyyətlər özü üçün daha ağır nəticələrə gətirib çıxarıb. Azərbaycanın isə hər zaman olduğu kimi, bu gün də məqsədi yalnız sülh sazişinin imzalanmasıdır və bütün fəaliyyətlərinin məhz bu istiqamətdə səfərbər edildiyini müşahidə edirik. Ancaq çox təəssüf ki, biz İkinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistan tərəfindən belə humanist davranışlara yalnız təxribatlarla cavab verildiyinin şahidi olmuşuq", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası uzun bir prosesdir, ancaq buna baxmayaraq, mərhələ-mərhələ Azərbaycan dövləti qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq:

"Bakı və İrəvan arasında sərhədin təyin olunması, delimitasiyası və demarkasiya prosesi ilə bağlı Azərbaycanın göstərdiyi xoş niyyəti Ermənistan yüksək qiymətləndirməli, təxribatçı fəaliyyətlərdən əl çəkməli və prosesin daha da sürətləndirilməsi üçün əməli olaraq addımlar atmalıdır.

Siyasi şərhçi Oqtay Qasımov isə Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının əldə etdiyi razılaşma, əlbəttə ki, bu istiqamətdə atılan müsbət addımlardan biridir və gələcək proseslər üçün müəyyən ümidlər yaradır:

"Əldə olunan razılığa görə, Gürcüstan sərhədindən başlayaraq cənuba doğru - İran sərhədinə qədər delimitasiya və demarkasiya prosesinin aparılması nəzərdə tutulur. Təbii ki, bu müzakirələr heç də asan başa gəlməyib və nəzərə alsaq ki, bir il əvvəl Azərbaycan bu məsələni kifayət qədər sərt şəkildə ortaya qoyub, xüsusilə də Azərbaycanın işğal altında olan kəndləri ilə bağlı məsələlər var ki, onların bir qismi də öz həllini tapıb, deməli, bundan sonrakı delimitasiya və demarkasiya prosesinin gedişində qalan kəndlərin də azad olunması məsələsi öz həllini tapacaq".

"Lakin prosesə kənar müdaxilələr müsbət dinamikanı əngəlləyən əsas faktorlardandır. Məhz bu səbəbdən Azərbaycan bir ildən artıqdır ki, danışıqların vasitəsiz aparılması təşəbbüsü ilə çıxış edir və bu formatda da müəyyən uğurlar əldə olunub. Təbii ki, iki tərəfin özünə qalsa, bu proses irəliləyə bilər. Amma biz bildiyimiz kimi, Ermənistana kənar təsirlər kifayət qədər ciddidir və nəzərə alaq ki, Ermənistan artıq özünə yeni himayədarlar tapıb və bunu rəsmiləşdirib. Qərb - Amerika, Fransa və digərləri - əgər doğurdan da, prosesin qanuni şəkildə aparılmasında maraqlıdırsa, bu proses irəliləyəcək, yox, əksi olacaqsa, əlbəttə ki, Ermənistan məhz onların fikirlərini əsas götürüb prosesi əngəlləməyə çalışacaq.

Xüsusilə də nəzərə alsaq ki, bir neçə gün əvvəl ABŞ ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasında delimitasiya, demarkasiya prosesinin Alma-Ata Bəyannaməsinə uyğun aparılması qabardılır ki, bu da bizim maraqlarımıza uyğun deyil. Çünki ən azı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Yəni bunlar prosesi əngəlləyən amillərdir və düşünürük ki, Ermənistan, doğrudan da, sülhdə maraqlı olduğunu göstərmək istəyirsə, prosesə konstruktiv yanaşmalı və davranmalıdır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri