Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada niyə görüşmədiyi məlum olub: Bakı Blinkenin təklifini rədd edib

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada niyə görüşmədiyi məlum olub: Bakı Blinkenin təklifini rədd edib

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib.

Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.

Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

“Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see168

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see128

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see119

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see115

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see115

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see115

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see113

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see112

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see112

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see112

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri