Icma.az
close
up
RU
Təlimçisini öldürüb sirkdən qaçan filin ürəkağrıdan hekayəsi

Təlimçisini öldürüb sirkdən qaçan filin ürəkağrıdan hekayəsi

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sirkdə yaşamağa məcbur olan Tayk adlı fil körpə ikən qaçırıldığı gündən bəri heç vaxt azadlıq bilməyib. O, ömrünün 21 ilini qəfəslərdə, qışqıraraq, döyülərək keçirib. İllərdir basdırdığı qəzəbi ilə səhnəyə çıxanda onu daha dayandırmaq olmurdu. O, ancaq yarım saat azadlığı özünü küçələrə atanda
yaşaya bilib... Taykın hekayəsi ürək ağrıdır.

Sfera.az bu yazıda təlimçisini öldürüb sirkdən qaçan filin hekayəsini təqdim edir.
Tayk 1970-ci illərin əvvəllərində Mozambikdə anadan olub.


O, körpə ikən vəhşi təbiətdən götürülərək Amerikaya göndərilib və burada sirklərdə istifadə üçün heyvanlar tədarük edən “Hawthorn Corporation” şirkətinə satılıb. Sonrakı illərdə o, gündə orta hesabla 22 saatı zəncirlə və çubuqlarla işləyən məşqçilərin nəzarəti altında keçirdib.
 

Onun məşqi qışqırıq, təhqir və cəzalarla dolu idi. Hətta keçmiş məşqçisi Sally Joseph (Salli Jozef) onu "bədbəxt düşərgəçi" kimi təsvir edib. Tayk hər keçən il daha üsyankar oldu. 1993-cü ildə Pensilvaniyada bir şou zamanı məşqçilərini silkələyib qaçmağa çalışanda siqnallar aydın idi: fil artıq müqavimət göstərmişdi, lakin təəssüf ki, o qışqırıqlar hələ də eşidilmirdi.
 

Tayk 20 avqust 1994-cü ildə Havayda çıxış etmək üçün arenaya aparıldı.
 

Tamaşaçılardan heç kim onun nə qədər qəzəbləndiyini bilmirdi. Şou başlayanda o, ilk olaraq idarəçisi William Beckwortha (Uilyam Bekvort) hücum etdi. Əvvəlcə tamaşaçılar bunun hiylə olduğunu düşünsələr də, hadisələr tez bir zamanda dəhşətli oldu. Təlimçi Allen Kempbell işə qarışanda Tayk onu da öldürdü.
 

Tayk daha sonra arenadan atılaraq Honolulu küçələri ilə qaçıb. Qaçış 20 illik əsirlikdən sonra yarım saatlıq azadlığa bərabər idi. Polis dayandırmaq üçün Tayka 87 dəfə atəş açıb. Fil avtomobilin üzərinə düşüb və ölüb. Onu hadisə yerindən uzaqlaşdıran şəxs Taykın gözlərində yaş gördüyünü deyib.
 

Taykın ölümündən sonra Havay adalarında şoularda vəhşi heyvanlardan istifadə edilməsinə qarşı güclü etirazlar yaranıb.
 

Bəzi sirklər heyvanları proqramlarından çıxarıblar. Təklif olunan qadağa hadisədən dərhal sonra qüvvəyə minməsə də, Havay 2018-ci ildə vəhşi heyvanların sirklərdə istifadəsini rəsmən qadağan edib.
 

Taykın uzun illər çalışdığı “Hawthorn Korporasiyası” isə 2004-cü ildə Heyvanların Rifahı Aktını pozmaqda təqsirli bilinib. Onun filləri daha humanist obyektlərə göndərilib. Taykın qışqırıqları ürəklərə çatsa da, təəssüf ki, hər şey onun üçün çox gec olub.

Aynil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 İyun 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri