Azərbaycan və Gürcüstan fitinq platformalarının istifadəsi üçün tarifləri azaltmaqla bağlı Qazaxıstana müraciət edib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolu" ASC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Azərbaycan və Gürcüstan ərazilərində inventar parkının fitinq platformalarından istifadə üçün müəyyən edilmiş tarifin 30 % azaldılması və Qazaxıstan ərazisində bu rüsumların tam ləğv edilməsi təklifi ilə "Qazaxıstan Dəmir Yolları" SC-yə (KTJ) müraciət edib.
“Report” xəbər verir ki, bu barədə TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov assosiasiyanın Bakıda keçirilən iclasında məlumat verib.
"TBNM-in inkişafı üzrə işçi qrupunun 3 mart 2025-ci il tarixli iclasında KTJ marşrutla hərəkət etmək üçün vaqon parkının (fitinq platformalarının) yaradılması barədə məlumat təqdim edib. Bununla əlaqədar olaraq ADY KTJ-yə Azərbaycan və Gürcüstan ərazilərində istismar üçün inventar parkından fitinq platformalarının təqdim edilməsi xahişi ilə müraciət edib", - Q.Abdikərimov bildirib.
O əlavə edib ki, marşrutla daşınma xərclərinin artmasının qarşısını almaq məqsədilə tərəflər Azərbaycan və Gürcüstan əraziləri üçün tarifin 30 % azaldılmasını və Qazaxıstan üçün tam ləğv edilməsini təklif ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















