Azərbaycan və İsrail arasında miqrasiya sahəsində əlaqələrin inkişafı müzakirə olunub
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, Azərbaycanın miqrasiya siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatik fəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 16 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















