Azərbaycan və İsveç XİN başçıları görüşüb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.
Məlumata görə, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.
“Həmkarımı münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddialar kimi qalan çağırışlar barədə məlumatlandırdım”, - deyə Ceyhun Bayramov “X” hesabında paylaşımında bildirib.
Baxış sayı:118
Bu xəbər 05 Dekabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















