Icma.az
close
up
RU
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji məsələləri müzakirə edilib

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji məsələləri müzakirə edilib

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İtaliya arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən, nəqliyyat, enerji məsələləri ilə bağlı müzakirə aparılıb.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşündə danışılıb.

Görüşdə tərəflər arasında humanitar sahədə də əlaqələrin müsbət inkişafı, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, həmçinin, Azərbaycan-İtaliya Universitetinin fəaliyyəti qeyd edilib. Komissiyanın üzvləri bu universitetin Azərbaycana səfər edən hər bir italyan üçün böyük qürur və fəxr mənbəyi olduğunu qeyd ediblər.

Görüşdə bildirilib ki, bir sıra məsələlərlə yanaşı, tərəflərin müzakirə etdiyi mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə əlaqədardır. İtaliyanın Baş nazirinin COP29-da iştirakı da İtaliyanın bu məsələyə böyük önəm verdiyini göstərir.

İtaliya tərəfi COP29-un yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycana, xüsusilə, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirilib ki, COP29-un uğurlu keçməsi və mühüm nəticələrin əldə edilməsi Azərbaycanın ortaya qoyduğu mövqeyin nəticəsidir. Qeyd edilib ki, hazırda ətraf mühitlə bağlı danışıqlar davam edir və bu da Avropa İttifaqının bu məsələdə maraqlı olduğunun göstəricisidir.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dostluq qruplarının rolunu qeyd edən Milli Məclisin sədri, bu sahədə qarşılıqlı səfərlərin sayının artırılmasının əhəmiyyətindən danışıb. Spiker bildirib ki, bu səfərlərin intensivliyinin artırılması Avropada Azərbaycan haqqında saxta xəbərlərin yayılması fonunda daha düzgün məlumatların ictimaiyyətə təqdim olunmasına kömək edər.

Görüşdə çıxış edən İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Marko Skuriya da ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, AŞPA-da Azərbaycanla bağlı qərəzli mövqeyin nümayiş etdirilməsindən narahatlığını ifadə edib.

Sonra görüş interaktiv formada davam etdirilib, qarşı tərəfin Azərbaycan-İtaliya münasibətləri, Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı sualları Milli Məclisin sədri tərəfindən cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri