Icma.az
close
up
RU
Azərbaycan və Pakistan arasında müqavilə hüquq bazasını daha da genişləndirib ŞƏRH Yeni Gündəm

Azərbaycan və Pakistan arasında müqavilə hüquq bazasını daha da genişləndirib ŞƏRH Yeni Gündəm

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirərək beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürütməkdədir.

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi, həm də 44 günlük Vətən müharibəsində bütün potensialı ilə beynəlxalq platformalarda ölkəmizin mövqeyini müdafiə etməklə mənəvi-siyasi həmrəylik nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birgə mətbuat konfransı ilə bağlı şərhində bildirib.

O qeyd edib ki, bu gün ölkələrimiz arasında iqtisadi, mədəni, siyasi, hərbi sahələri özündə ehtiva edən bu strateji münasibət müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da şaxələnməsinə xidmət edən önəmli anlaşma və layihələrin həyata keçirilməsi ilə daha da möhkəmlənməkdədir.

Liderlərin öz çıxışlarında Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyəsini məmnunluqla vurğuladığını bildirən Cavanşir Feyziyev ölkələrimiz arasında müxtəlif sahələrdə işbirliyinin genişləndirilməsi yönündə atılan addımlardan söz açıb. Deputat əlavə edib ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanla ölkəmiz arasında mövcud olan qardaşlıq bağlarının önəmini vurğulayıb, eyni zamanda, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə işbirliyinin uğurla inkişaf etdiyini bildirib. Xüsusilə enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və ticarət dövriyyəsinin artırılması yönündə görülən işlərdən danışan Prezident, həmçinin Pakistanın Azərbaycanın haqq işinə daimi dəstəyinin yüksək dəyərə malik olduğunu qeyd edib.

Baş nazir Şahbaz Şərif isə öz çıxışında Azərbaycanla Pakistan arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə dayandığını vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha təsdiqləyib. Baş nazir, həmçinin iqtisadi işbirliyinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. O, Pakistanın Azərbaycanla hərbi və müdafiə sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu ifadə edib.

Hər iki lider beynəlxalq qurum və quruluşlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini və regional təhlükəsizlik məsələlərində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra, 1991-ci ildə, Pakistanın bizim müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olması, iki respublika arasında sıx bağların başlanğıcı sayılır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Pakistanın ovaxtkı Baş naziri Bənazir Bhutto ilə keçirdiyi görüşdən sonra ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə Pakistan Prezidenti Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfəri və 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynayıb. O illərin şahidləri çox yaxşı bilir ki, həmin qarşılıqlı səfərlər o zaman bizim üçün böyük önəm daşıyırdı. Bu gün isə həmin səfərlər bir irs kimi hər iki xalq üçün dəyərlidir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətimizin başçısının Pakistana mütəmadi səfərləri, xüsusilə ötən ilin iyulundakı dövlət səfəri, eləcə də Pakistan Prezidentinin və Baş nazirlərinin müxtəlif illərdə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin daha da güclənməsinə töhfələr verib. Cavanşir Feyziyevin fikrincə, on il öncə – 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əlaqələrin inkişafında önəmli addım olub. Prezident İlham Əliyevin ötən il iyulunda Pakistana dövlət səfəri çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi isə Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.

Azərbaycan və Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın xüsusi diqqət çəkdiyini vurğulayan deputat bildirib ki, ticarət dövriyyəsinin artırılması, enerji sektorunda birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, hər iki ölkənin iş adamlarının birgə təşkil etdiyi biznes forumlar və sərgilər iqtisadi işbirliyinin genişlənməsinə yönəlik münbit ortam yaradır.

Müdafiə sənayesi, hərbi təlimlər və təcrübə mübadiləsi yönlərində birgə fəaliyyətlər isə hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etməkdədir.

Azərbaycan və Pakistan arasında elmi-mədəni sahədə əməkdaşlıqdan söz açan Cavanşir Feyziyev bildirib ki, tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və sərgilər vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri getdikcə daha da möhkəmlənir.

“Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu isə qardaşlığın əsl nümayişidir. İki ölkə arasında hörmət və etimada əsaslanan qarşılıqlı münasibətlər strateji tərəfdaşlığın, iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq”, – deyən deputat fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 28 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri