“Azərbaycan və qazax xalqı bütün dönəmlərdə bir biri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub”
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qazaxıstan Azərbaycanın yaxın dostu, strateji müttəfiqi, qardaşlıq münasibəti olduğu qonşu dövlətdir. Biz eyni kökdən, tarixdən, mədəniyyətdən, dindən olan xalqlarıq və bütün dönəmlərdə Azərbaycan və qazax xalqı bir-biri ilə yaxşı münasibətlər qurmaqda maraqlı olub”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
Deputat bu gün hər iki dövlət arasında çox yaxşı münasibətlərin olduğunu deyərək əlavə edib ki, bu, cəmiyyətdən gələn sosial sifariş və hər iki ölkə rəhbərinin xalqın istəklərini üstün tutmasıdır: “Ticarət dövriyyəmiz yüksəlir, əməkdaşlıq etdiyimiz sahələrin sayı durmadan artır, türk birliyinin möhkəmlənməsi məsələsində eyni mövqedən çıxış edirik. Azərbaycan və Qazaxıtsan liderləri vaxtaşırı həm çoxtərəfli, həm ikitərəfli görüşlər keçirirlər. Cənab Prezidentimizin Qazaxıtsana bu səfəri ilə dostluq münasibətlərimizin daha da möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq”.
Röya İsrafilova


