Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 24 may, AZƏRTAC

Astanada “Müasir dünyada qanun, hüquq, ədalət” mövzusunda Beynəlxalq Hüquqşünaslar Konqresi keçirilib. Tədbir Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyası tərəfindən təşkil olunub.

Akademiyanın rektoru Marat Seksembayev AZƏRTAC-a bildirib ki, tədbirin əsas məqsədi türk ölkələri arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, eləcə də hüquq sistemlərinin, hüquq-mühafizə və məhkəmə orqanları üçün kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə dair birgə təklif və tövsiyələrin hazırlanmasıdır.

“Ümumilikdə, belə forumlar bizə mövcud problemləri, çağırışları və təhdidləri, habelə onların qarşısının alınması və həlli yollarını müəyyən etməyə imkan verir”, - deyə o vurğulayıb.

“Biz hüquq-mühafizə məsələləri ilə bağlı birgə elmi tədqiqatların aparılmasında fəal iştirak edir, təcrübəçilərin, magistrantların və doktorantların mübadiləsini həyata keçiririk. Artıq kifayət qədər geniş qarşılıqlı əlaqələr spektri formalaşdırılıb və əminəm ki, o bundan sonra da genişlənəcək”, - deyə M.Seksembayev əlavə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistandan hüquq və elmi ictimaiyyətin nümayəndələri, o cümlədən Qazaxıstandan hüquq sahəsində aparıcı alim və təcrübəçilər çıxış ediblər.

Forum Qazaxıstanın Türk Məhkəmə-Hüquq Şəbəkəsində sədrliyi və Akademiyanın 10 illik yubileyinə həsr olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 05:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri