Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə Tərlan 2025 PUA təlimi keçiriləcək
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə "Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.
Bu barədə Missiya.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Tərlan-2025" birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.
Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.
Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 30 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















